MSK deputatlığa namizədin – keçmiş nazirin oğlunun qeydiyyatını ləğv edib

Fevralın 5-də MSK 46-cı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun qeydiyyatını ləğv edib. Bu qərar Camalovun ikili vətəndaşlığının aşkar edilməsi ilə bağlıdır.

Maraqlıdır ki, MSK-nın saytında Camalovun son iş yeri kimi Dövlət Təhlükəsizlik Xidməti (DTX) göstərilib. Belə olan halda sual yaranır – xarici vətəndaşlığı olan şəxs dövlət təhlükəsizliyi sistemində necə xidmət edə bilərdi?

Rəşad Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.

Seçki kampaniyası başladıqdan sonra yerli KİV-lərdə Rəşad Camalovun çox sayda daşınmaz əmlak obyektinin və bahalı avtomobillərinin olduğu barədə məlumatlar dərc edilib. 

Contact.az