Partizan gənclər hərəkatı Avropadan “Mehriban Əliyevanı istəmirik” dedi
Azərbaycanlı partizan gənclər daha bir Avropa ölkəsində Əliyev hakimiyyətinə qarşı kampaniya başladıblar. Kampaniyanı İsveçrənin Bern şəhərindən başladan gənclər hərəkatının üzvləri İlham Əliyevdən sonra vitse-diktator Mehriban Əliyevanın hakimiyyətə gəlməsinə etirazlarını bildiriblər, bahalı yarım milyarda alınmış təyarənin qaytarılmasını istəyirlər. Bu etirazın ifadəsi olaraq, onlar Mehriban Əliyevanın şəkillərini şəhərin görkəmli yerlərinə yapışdıraraq “diktator Əliyevlər ailəsini istəmirik” yazıblar. Videodan göründüyü kimi, Avropada yaşayan həmvətənlərinə müraciət edən gənc deyir ki, “ailə hakimiyyətinin uzanmasına mane olmaq üçün onları bütün dünyaya tanıtdırmalıyıq”.
https://www.youtube.com/watch?v=IUtT4BKxZvs
“Bura İsveçrə Parlamentinin qarşısıdır. Bura o xoşbəxt ailəni tanıtdırmaq üçün gəlmişəm. Hamısının birlikdə olan şəkillərini seçmişəm ki, hər kəs ailənin tam tərkibdə cinayətkar olduğunu anlasın. Bura minlərlə turist gəlir, yerli əhali ilə bərabər onlar da baxıb bu diktator ailəni tanıyacaqlar. Növbəti dayanacaq şəhərin vağzal meydanıdır, şəkilləri bura da yapışdıracağam. Hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirəm. Belə ailə şəkillərini götürüb siz də yaşadığınız şəhərdə küçələrə yapışdıra bilərsiniz. Bu dəfə təkcə İlham Əliyevin deyil, bütün ailənin getməsi tələbini səsləndirəcəyik. Onların oğru, quldur, diktator olduğundan bütün dünya xəbər tutmalıdır.” Gənclər hərəkatının üzvləri qısa zamanda aksiyanı İsveçrənin başqa şəhərlərində də keçirəcəklərini bildiriblər.