Həbsdəki jurnalistin xanımı Mehriban Əliyevaya müraciət etdi

Həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova vitse-prezident Mehriban Əliyeva açıq məktub yazıb. Redaksiyamıza göndərilən məktubda deyilir:

Mən Aslanova Gülmira İbrahim qızı AR CM-nin 274-cü maddəsi ilə təqsirləndirilərək haqqında dörd ay həbs qətimkan tədbiri seçilmiş və DTX-nin Baş İstintaq İdarəsinin istintaqı altında olan və hazırda həmin idarənin istintaq təcridxanasında saxlanılan jurnalist Aslanov Polad İsrayil oğlunun həyat yoldaşıyam.

polad aslanov gülmirə ile ilgili görsel sonucu

Polad Aslanov Xeberman.com və Press-az.com saytlarının baş redaktorudur və rəhbəri olduğu saytlarda hər zaman jurnalist peşəsinin prinsiplərinə sadiq qalıb, dünyada və ölkədə baş verən hadisələrin ictimailəşməsində xidmətləri olub. Diqqətinizə çatdırıram ki, Polad Aslanov ilk dəfə 2017-ci ildə ümumvətəndaşlıq pasportu alıb və həmin il karvanla Kərbəla ziyarətinə gedib. Səfər zamanı Gömrük Keçid Məntəqəsində DTX əməkdaşlarının Kərbəlaya gedən hər bir zəvvara görə , Şirkət rəhbərindən 20 dollar , Məhşədə gedən hər bir zəvvara görə isə şirkət rəhbərindən 10 dollar rüşvət alınmasının şahidi olub, və ziyarətdən qayıtdıqdan sonra baş redaktoru olduğu saytlarda şahidi olduğu faktlar əsasında həmin rüşvət faktını ictimailəşdirib ki, müvafiq hüquq-mühafizə orqanları fakt üzrə hüquqi tədbirlər görsün. Hətta bu faktla əlaqədar “Eşq Səfəri MMC”-nin rəhbəri Fəxri muraciyyət edib .video-müraciət edib.
https://xeberman.com/…/19103-eshq-seferimmc-nin-rehberi-fex
https://youtu.be/q9DMcDJWZ5A aidiyyatı üzrə dövlət qurumlarına açıq məktub ünvanlayıb və Polad Aslanov da redaktoru olduğu saytlarda bu mövzu ilə bağlı faktlar əsasında silsilə yazılar dərc etdirib. https://xeberman.com/…/19070-shok-fakt-dtx-nin-ishcileri-zi
https://xeberman.com/…/18782-zevvarlar-stsmar-eden-shrketle
Diqqətinizə onu da çatdırıram ki, yazılar dərc olunduqdan bir müddət sonra DTX-nin əməkdaşları Polad Aslanova zəng edərək, yazıları silmək və “əməkdaşlıq” təklif etmişdilər. Polad Aslanov razılaşmadıqda isə zəng edib təziq edir, hədə-qorxu gəlirdilər. Bununla bağlı o vaxtlar Polad Aslanov saytında yazıda da qeyd etmişdi.

Qeyd edim ki, Polad Aslanovun 29 yaşı olmasına baxmayaraq, çəkisinin 45 kq-dan aşağı olması və ürək-damar xəstəliyi ilə əlaqədar 19 aprel 2018-ci ilədək hərbi xidmətə göndərilməmişdi və ona “hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı” olması qeyd edilmiş hərbi bilet verilmişdi. Lakin DTX barədə yazıların saytdan silməməsi və “əməkdaşlıq”dan imtina etdiyi üçün 19 aprel 2018-ci ildə (qeydiyyatda olduğu ünvana hərbi xidmətə çağırılması haqqında heç bir xəbərdarlıq gəlmədən) sübh tezdən onu evdən götürərək, hərbi biletini əlindən alaraq, hazırlaşmağa belə imkan vermədən tez-tələsik Naxçıvana “hərbi xidmətə” göndərdilər (həmin vaxt Nərimanov rayonunun hərbi komissarı şəxsən Polad Aslanova etiraf etmişdi ki, “əmr yuxarıdandır” və onu hərbi xidmətə göndərməyə məcburdur). Bu barədə Polad Aslanovun video-çıxışları da var:
https://youtu.be/4cCnTwgWoJc
https://youtu.be/bKtXe-qCxkE

19 apreldə apardıqları əsgəri aprel ayının 27-nə kimi mülki geyimdə tibb məntəqəsində tərkibi bizə məlum olmayan iynələr vuraraq, cəkisini qaldırıb, sonra hərbi hissəyə göndərdilər. Bir ilinin 6 ayını hospitalda və tibb məntəqəsində müalicə ilə keçirdi. Dəfələrlə müalicə olunması üçün rəsmi və şifahi Müdafiə Nazirliyinə müraciətlər etdim. (DTX evimizdə axtarış apararkən həmin müraciətlər də “maddi sübutlar” kimi götürülüb)
Hesab edirik ki, o zaman ağır xəstəliyi və fiziki qüsuru olan jurnalist Polad Aslanovu “hərbi xidmətə” göndərilməsini sifariş etmiş DTX əməkdaşları onun hərbi xidmət dövründə “ümumi xəstəlikdən”öləcəyini düşünmüşdülər. Lakin Allahın köməkliyi və vicdanlı insanların yardımı ilə tibbi köməkliklər göstərilməsi nəticəsində sağ qaldı və hərbi xidmət dövrünü başa vuraraq 04 aprel 2019-cu il tarixdə hərbi xidmətdən tərxis olundu.

Qeyd edim ki, Polad Aslanov hərbi xidmətdən qayıtdıqdan sonra heç bir xarici ölkədə olmayıb, daimi evdə olub və yalnız bircə dəfə ailəlikcə rayona mənim valideynlərimlə görüşmək üçün getmişik.

2019-cu ilin aprel ayının sonlarında yenə DTX ilə yaxınlığı olan jurnalistlər tərəfindən Polad Aslanova təkliflər gəlməyə başladı və Polad Aslanov həmin təklifləri qəbul etməyərək, müstəqil, tərəfsiz jurnalist kimi fəaliyyət göstərəcəyini bildirdi. Ondan sonra DTX İstintaq Baş İdarəsində mühüm işlər üzrə müstəntiq, ədliyyə kapitanı Cavid Quluzadə tərəfindən zənglər olundu və Polad Aslanov “bəzi məsələlərin aydınlaşdırılması üçün” DTX-nə dəvət olundu. Polad Aslanov bu çağırışa getmədi: deyirdi ki, “dəqiq bilirəm ki, yazıları silmə və əməkdaşlıq təklif ediləcək, razılaşmasam, işgəncəyə məruz qalacam və xəstə, zəif adamam, işgəncəyə tab gətirə bilmərəm – öləcəm, ya da şərlənib həbs ediləcəm, ona görə də getmək istəmirəm, nə olar-olar”. Ondan sonra müstəntiq Cavid Quluzadə iki dəfə Polad Aslanova iki dəfə DTX-nin əməkdlarından çağırış vərəqəsi göndə rdi, lakin eyni düşüncə ilə Polad həmin çağırışlara da getmədi: həmdə düşünürdü ki, əməkdaşlıq etməyəcəyindən əmin olub, yəqin, əl çəkərlər.
Bu barədə Polad Aslanov saxlanılmamışdan qabaq video çıxış edib və yaxın dostları məlumatlandırıb.
https://youtu.be/mukc6nAEwY8

Həmçinin bildirirəm ki, Naxçıvanda yaşayan dost ailə 20 iyun 2019-cu il tarixdə bizi ailəlikcə toya dəvət etmişdi. Polad Aslanovun səhhətində problemlər olduğu üçün planlaşdırdıq ki, bir neçə gün tez çıxaq, İranda həkim müayinəsindən keçsin, müalicə götürsün və ayın 20-də toyda iştirak üçün ayın 19-da Naxçıvana gedək. Ona görə də ayın 12-də ailəlikcə səfərə çıxdıq. Lakin Biləsüvar keçid məntəqəsində bizi saxladılar və DTX-nə təhvil verdilər. Sonra qızımla məni evimizə gətirib, evimizdə və anasının evində axtarış aparıldı və şübhəli nəsə aşkar edilmədi, Polad Aslanova aid bütün əşya və elektron-texniki avadanlıqlar,sənədləri möhür və pecati(sayta məxsus)müsadirə edildi, Polad Aslanov isə CM-nin 274-cü maddəsi ilə təqsirləndirilərək, barəsində istintaq dövrü üçün dörd aylıq həbs qətimkan tədbiri seçildi.

İndi bizə bildirirlər ki, güya ki, Polad Aslanov 2019-cu ilin may ayından axtarışda olub. Məntiq deyilən bir elim var : Polad Aslanov necə axtarışda olub ki, faktiki yaşadığımız ünvana iki dəfə çağırış vərəqəsi göndərən DTX onu yaşadığı yerdə həbs etməyib? İkincisi, “dövlətə xəyanət edən adam” necə ola bilər ki, birbaşa dövlət təhlükəsizliyi ilə məşğul olmalı bir orqanın – DTX-nin əməkdaşlarının rüşvət və korrupsiya əməllərindən yazsın?
Diqqətə çatdırıram və bəyan edirəm ki, Polad Aslanov barəsində qaldırılmış cinayət işi əsassızdır, qondarmadır və bilavasitə, DTX əməkdaşlarının rüşvət və korrupsiya bulaşmasına dair yazdığı yazılarla bağlı növbəti dəfə qeyri-qanuni cəzalandırmadan başqa bir şey deyil. Sizdən xahiş edirəm, yoldaşım Polad Aslanovun barəsində qaldırılmış ciyanət işinin obyektiv araşdırılması üçün tapşırıq verəsiz.Jurnalist Polad Aslanovdan qisas alınmasına, jurnalist fəaliyyətinə görə şərlənib həbs edilməsinə imkan verməyin, azadlıq haqqını özünə qaytarın.
Məhkəmə jurnalist barəsində həbs qətimkan tədbirinin müddətini daha 4 ay uzadıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev cənabları şikayət ərizəsi ilə müraciət etmişəm. Belə olan təqdirdə, niyə əməllərində açıq-aydın cinayət tərkibi olan bu şəxslər barəsində bu günə qədər bir ölçü götürülməyib?

Biz başqa bir şey istəmirik, ancaq öz konstitusiya hüquqlarımızın bərpa olunmasını, bu işin qanuna uyğun şəkildə baxılmasını və ədalətli qərar qəbul edilməsini istəyirik! Yuxarıda göstərilənləri nəzərə alaraq artıq yeddinci dəfə təkrar olaraq Sizə müraciət edərək bu işə müdaxilə etməyinizi, bizim hüquqlarımızın və qanunların bu dərəcədə tapdanmasına imkan verməməyinizi, əməllərində açıq-aydın cinayət tərkibi olan şəxslər barəsində ölçü götürülməsinə göstəriş verməyinizi xahiş edirik.