Əyalətdən gələn əlilləri nazirlikdə qəbul edən tapılmadı VİDEO

Dekabrın 19-da Bakıda Qarabağ müharibəsinin əyalətdən gələn bir neçə iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qəbuluna düşmək istəyib. Lakin onları nazirlikdə qəbul edən rəsmi nümayəndə tapılmayıb. İsmayıllı rayonundan gələn əlillər dərdlərini media nümayəndələrinə danışmaqla geri qayıdıblar.