
ABŞ-ın yeni sanksiyalar layihəsi Senatın komitəsindən keçdi
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın xaricdəki demokratik proseslərə müdaxiləsinə, habelə Suriyada “ziyanlı” fəaliyyətlərinə və Ukraynaya qarşı təcavüzünə görə Moskvanı cəzalandırmağı nəzərdə tutan qanun layihəsini qəbul eddib.
Hər iki partiya tərəfindən hazırlanmış bu layihəni respublikaçı senator Lindsey Graham obrazlı şəkildə “cəhənnəmdən sanksiyalar” adlandırıb.
Qanun layihəsi dekabrın 18-də komitədən 17 leyhinə, 5 əleyhinə nisbəti ilə keçib.
Əgər komitə Amerika Təhlükəsizliyinin Kremlin Təcavüzündən Müdafiəsi adlı qanunun (DASKA) layihəsini qəbul etsə, bu sənəd daha sonra Nümayəndələr Palatasında və Senatda səsə qoyulacaq.
Sənəd hər iki palatada səsvermədən keçdikdən sonra prezident Donald Trump tərəfindən imzalanmalıdır.
azadliq.org