“Biz bu tamaşada iştirak etməyəcəyik” VİDEO

Əli Kərimli: “Xalqın öz iradəsini ifadə etməsinə imkan verilmirsə, biz o prosesin iştirakçısı ola bilmərik”

“Məqsəd parlamenti tamamilə bir ailənin nəzarətinə keçirməkdir”

AXCP sədri Əli Kərimli Osmanqızı yutub kanalında növbəti canlı yayımın qonağı olub və gündəmlə bağlı sualları cavablandırıb. Müsahibədə Milli Şuranın 9 fevral erkən parlament seçkilərilə bağlı son qərarı da açıqlanıb. Ə.Kərimli bildirib ki, MŞ Koordinasiya Mərkəzi bazar ertəsi keçirdiyi iclasda erkən seççilərin boykot edilməsinə qərar verib.
Müsahibə paralel olaraq Azərbaycan saatı yutub kanalında da yayımlanıb.