
Qərarın Konstitusiyaya uyğunluğuna dekabrın 4-də baxılacaq
Milli Məclis dekabrın 2-də keçirdiyi iclasda özünün buraxılması və növbədənkənar parlament semkisinin təyin olunması üçün ölkə başçısı İlham Əliyevə müraciət qəbul edib. Bununla bağlı qərar layihəsi formal olaraq YAP adından təklif olunub və 99 deputat lehinə olmaqla qəbul edilib. 1 deputat qərarın əleyhinə, 1 deputat bitərəf olub, 1-i isə səsvermədə iştirak etməyib.
Ölkə başçısı İlham Əliyev müraciəti Konstitusiyaya uyğun olub-olmadığına rəy vermək üçün Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsinin Palatası isə dərhal, dekabrın 2-də iclasını keçirib və ölkə başçısının müraciətini Plenumun icraatına qəbul etmək haqqında qərardad çıxarıb. Plenumun iclası dekabrın 4-ə təyin edilib.