İlham Əliyevin elan etdiyi anti-Avropa siyasəti həm də anti-Qarabağ siyasətidir

İlham Əliyevin elan etdiyi anti-Avropa siyasəti həm də və birmənalı olaraq anti-Qarabağ siyasətidir. Müasir dünyada xəritələri dəyişmək kimlərin qüdrətindədir? Kosovanı müstəqil dövlət kimi məhz ABŞ və Avropa tanıtmadımı? Rusiyanın de-yure və de-fakto nəzarətində olanda itirməmişikmi Qarabağı? 25 ildir Qarabağın taleyi Avropa təşkilatı olan ATƏT-in Minsk qrupuna həvalə edilməyibmi? İndiyə qədər Avropa Şurasının, NATO-nun və Avropa Birliyinin sənədlərində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunmayıbmı? Əslində Qarabağı geri qaytarmağın ən ağlabatan yolunun Ermənistanın da, Azərbaycanın da Rusiyanın nüfuz dairəsindən çıxaraq, Avropa Birliyinə inteqrasiya etməsi olduğunu əksəriyyət bilir axı. Ermənistan Qarabağı və ətraf rayonları Rusiyanın dəstəyilə işğal etməyibmi? Rusiyanın himayəsinə sığınıb dünyanı qarşına almaq, dünyanın demokratik kəsimini Ermənistana müttəfiq etmək tamamilə anti-Qarabağ siyasətidir, birmənalı olaraq anti-milli siyasətdir.