Parlamentin buraxılması məsələsinə dekabrın 2-də baxılacaq

Milli Məclisin dekabrın 2-də xüsusi iclası keçiriləcək.

Bu barədə bu gün, noyabrın 29-da Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədov bildirib.

O deyib ki, iclasın gündəliyinə bir məsələ daxil edilib: «İclasda Yeni Azərbaycan Partiyasından olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq».