Əli Həsənov işdən çıxarıldı; PA-da korrektələr aparıldı

Azərbaycan hakimiyyətinin ən məşhur simalarından biri Əli Həsənov – prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri tutduğu vəzifədən azad edilib. Bu barədə ölkə başçısı İlham Əliyev noyabrın 29-da sərəncam verib.

Ölkə başçısı həmin gün bir sıra başqa sərəncamlarla özünə köməkçilər təyin edib və Prezident Administrasiyasının strukturunda dəyişikliklər aparıb. Dəyişiklik nəticəsində bəzi şöbələr ləğv edilib. Hazırda PA strukturu bundan ibarətdir:

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev

Prezidentin köməkçisi Cəmilə Abbasova

Prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Prezidentin köməkçisi – PA Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov

Prezidentin köməkçisi – PA Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev

Prezidentin köməkçisi – PA Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev

Prezidentin köməkçisi – PA Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov

Prezidentin köməkçisi – PA Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Prezidentin köməkçisi – PA İqtisadı məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov

Prezidentin köməkçisi – PA İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov

Prezidentin mətbuat katibi Azər Qasımov

Prezidentin Protokol xidmətinin rəisi Elçin Bağırov

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev

Humanitar siyasət, diaspora, multukulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva

Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev

Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri

Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev

Sənəd dövriyyəsi şöbəsinin müdiri

Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov

Prezidentin İşlər müdiri Oqtay Şahbazov

Əli Həsənov işdən çıxarılması ilə bağlı yaydığı açıqlamada bildirib ki, onun özü səhhətinə görə vəzifədən azad olunması üçün bir neçə dəfə ölkə başçısına müraciət edib.