
Hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 20-də yenidən əməliyyat olunub. Əməliyyat onun İstanbulda bir gün qabaq köçürüldüyü «Amerika xəstəxanası»nda həyata keçirilib.
Oqtay bəyin həyat yoldaşı Firuzə Gülalıyeva əməliyyat barədə Azadlıq Radiosuna bunları deyib:
«Əməliyyat 2 saat davam etdi. Əməliyyat zamanı beynindəki qanlı sular yenidən təmizlənib və beyninə «trubka» qoyulub. Həkimlərin deməsinə görə, müalicə davam edəcək. Xəstənin səhhətində irəliləyiş olub-olmayacağı bu müalicə prosesində bilinməlidir».