Yenə süpürgəçini maşın vurub öldürdü

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb. Hadisə şəhərin Sahil küçəsində baş verib.

Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib (report.az).