Növbəti mitinq noybarın 2-nə təyin edildi VİDEO

Milli Şura noyabrın 2-nə növbəti mitinq təyin edib. Bu barədə AXCP sədri Əli Kərimli Sevinc Osmanqızına verdiyi canlı müsahibədə elan edib. Əli Kərimli bildirib ki, mitinq üçün xəbərdarlıq məktubunda 2 yer göstərilib – 28 May metrostansiyasının qarşısındakı meydan və Məhsul stadionu. Aksiyanın saat 15-də başlanması nəzərdə tutulur. AXCP sədri deyib ki, hakimiyyət yenə də birbaşa və ya dolayı yolla (şəhərdən kənar yerləri göstərməklə) mitinqə razılıq verməsə, aksiya şəhərin mərkəzində keçiriləcək.