Polisin vəhşiliyinə görə “Paşa-Holdinq”in beynəlxalq hesabları dondurulacaq

Qara dosyenizi yaxşı təzələdiniz, Vilayət Eyvazov!

Təzə daxili işlər naziri 19 oktyabrda xalqa qarşı törətdiyi cinayətlərin qara siyahısını bir daha təzələdi. O gün xalqın nifrətini üstünə çəkmək üçün əlindən gələni artıqlaması ilə etdi. Onsuz da adamın imici, hansı əməlin sahibi olduğu hər kəsə bəllidir. Naxçıvanda reketlik fəaliyyətindən tutmuş bu vəzifəsinə qədər ən qaranlıq yollardan keçib. Şərlədiyi, tutdurduğu, evini yıxdığı adamların sayı-hesabı yox. Xalq onu 2003-cü il qanlı meydan hadisələrindən tanıyıb. Meydandakı əlitapançalı şəklini xatırlayarsınız yəqin. Amma o vaxta qədər etdiyi pisliklərin də sayı-hesabı yoxdur. Nə əməllərin sahibi olduğunu Naxçıvanda hər kəs bilir. Adamın “bandotdel” rəisi vəzifəsinədək dosyesi də xeyli qalındır. Bənzər işlərinə görə dəfələrlə beynəlxalq təşkilatların “işgəncələr kralı” adını qazanıb. İndi də bu aksiyadakı “performansı” ilə nazirlik diplomunun prezentasiyasını etmiş oldu. Necə etdiyini də gördünüz. Öz ağalarının qarşısında reytinqini qaldırdığını düşünərkən, xalqın gözündə onu daha da sıfırladı. Həm də anlamadan xalqın nifrətini Mehriban və İlham Əliyevlərin üstünə yönəltdi. Guya bütün hoqqaların arxasında bu başabəla cütlüyün dayandığını insanlar anlamır?

vilayət eyvazov ile ilgili görsel sonucu

Meydanda müxalifətin lideri Əli Kərimlinin azğınlaşmış polislər tərəfindən necə qəddarlıqla boynundan basılıb apardıqlarını gördünüz. Bunun sifarişi lap yuxarılardan verilmişdi, təbii. Amma bununla özlərini söyüş qabına çevirib, Əli bəyin reytinqini on dəfə artırdıqlarının fərqində oldularmı? Əli bəyin o gün müxalifətin şəriksiz lideri olduğuna özləri bəraət qazandırmadılarmı?

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve ayakkabılar

İnsana erməni əsirliyində olduğundan betər işgəncə verib, ondan qorxduqlarını açıq etiraf etmədilərmi? Həmin gün vəhşicəsinə döyülən və ağır xəsarətlərlə xəstəxanaya aparılan müxalifət lideri belə deyib: “Həmin gün ikinci 20 yanvarı yaşadım. İlk dəfə 20 yanvar gecəsi rus əsgərləri tərəfindən saxlandığımız zaman ölümün nəfəsini duymuşdum, başımızın üstündən havaya güllələr atılan zaman. İkinci hadisə 19 oktyabrda baş verdi, sağ qalmağımı hələ də bir möcüzə sayıram.” Vilayət Eyvazov nazir kimi öz siftəsini çox iyrənc şəkildə etdi, türklər demiş, “ lap üz-gözünə bulaşdırdı.” Əli Kərimlinin üstünə 5-6 quduz salıb onu döydürməklə reytinq yığmağı bacarmazsan. Uzağı diktatorun sadiq qulu olduğunu sübuta yetirmiş olarsan. Amma nəyi necə etdiyiniz heç bir halda həqiqəti dəyişmir. O həqiqət Azərbaycan üçün fenomenə çevrilən Əli Kərimli həqiqətdir. O, son sınaqdan da şərəflə çıxaraq, öz ideallarına, xalqına, prinsiplərinə sədaqətini bir daha təsdiqlədi. Bir daha təsdiqlədi ki, bundan sonra heç bir güc xalqın azadlıq arzularının qarşısını kəsə bilməz. Bir daha təsdiqlədi ki, onu kimsə yolundan döndərə bilməz. Nəinki reketlikdən nazir mərtəbəsinə dırmanmış Eyvazov və hakimiyyəti qəsb etmiş Əliyev cütlüyü, heç ölümün özü də!

Hikmət