
19 oktyabr mitinqinə bir gün qaldı. Milli Şuranın təyin etdiyi ümumxalq mitinqi sabah saat 15.00-da 28 may metrosunun qarşısındakı meydanda olacaq. Meydan polis kardonu ilə mühasirəyə alınmış olduğu halda, dirənişlə ora girməyə ehtiyac yox, ətraf küçələrdə toplanıb şüarlarınızı səsləndirə bilərsiniz. Mitinqlə bağlı aşağıdakı önəmli tövsiyələrə əməl edərək, birbaşa onun təşkilatçısına çevrilmiş olarsınız. Yadda saxlayın ki:
– Bu, hər birimizin və sənin mitinqindir.
– Sivil dünya təcrübəsində olduğu kimi, dinc şəkildə dayanıb haqqını tələb edəcəksən.
– Ədalətli seçki tələbini səsləndir
– Ədalətli məhkəmə istəyini səsləndir
– “Parlament istəyirik, striptiz- bar yox” şüarını səsləndir
-Bütün dövlət müəssisələrində, o cümlədən neft milyardlarını yoxa çıxaran SOCAR-da islahatlar tələbini səsləndir. Şirkəti borclandıran və özü neft baronuna çevrilən Rövnəq Abdullayevin hesab verməsini və deputat mandatının alınmasını tələb et
– “Rüşvətsiz xalq hakimiyyəti” şüarını səsləndir
– Yollar bağlandığı halda, olduğun yerdə etiraz səsini ucalt, baş verənləri videoya çəkib paylaş
– Çevrəndəki dostlarla bərabər gəl ki, mitinqin kütləviliyinə yardım etmiş olasan
– Kameradan, videodan, telefondan istifadə etməklə, hər şeyi canlı çəkməyə çalış!
– Unutma ki, bütün diktatura rejimləri mitinqlər olan yerdə birinci interneti kəsir
– Əmin ol ki, diktatorlar hamısı eynidi, xalqdan qorxurlar və xalqın gücü qarşısında mütləq təslim olurlar.
19 oktyabr ümumxalq mitinqidir. Hər kəs o günə öz töhfəsini verməlidir. Mitinqə hansı bir səbəbdən qoşula bilməyənlər, saat 15.00-da avtomobillərinin siqnalını işə salıb, xalqa dəstəyini ifadə edə bilər. Bu da onların xalqla simvolik həmrəylik işarəsi olar. Haydı, Azərbaycan xalqı, meydan səni gözləyir. Birlikdə tarix yazmağın zamanıdır!