Arif Hacılı Cəlilabadda hücuma məruz qaldı VİDEO

Müsavat başqanlığına namizədləri qurultay nümayəndələrilə görüşməyə qoymurlar

Image may contain: one or more people, people standing, people walking, crowd and outdoor

Oktyabrın 5-də Müsavat Partiyasının başqanı Arif Hacılı Cəlilabad rayonunda partiyanın qurultayına seçilmiş nümayəndələrlə görüş keçirərkən polisin və mülki geyimli şəxslərin hücumuna məruz qalıb.

Arif Hacılı hadisə barədə mediaya açıqlamasında bildirib ki, Cəlilabadda yerli təşkilatın qərargahında bu rayondan, eləcə də Masallı və Biləsuvardan olan 70-dən artıq müsavatçı ilə görüşüb, onların qarşısında çıxış edib. Tədbir başlayandan təxminən yarım saat sonra qərargaha 20-dən artıq polis və mülki geyimli şəxs daxil olub, görüşü dayandırmağı, Müsavat başqanının rayonu tərk etməsini istəyib. Polislərə izah edilib ki, tələbləri qanunsuzdur. Buna baxmayaraq, gələnlər qurultay nümayəndələrini zorla qərargahdan çıxarmaq istəyiblər, qarşıdurma və gərginlik yaşanıb. Müsavat başqanı bu şəraitdə çıxışını başa çatdırıb.

Müsavat başqanı qeyd edib ki, qərargahdan çıxdıqdan sonra onlara polis və mülki geyimli şəxslər hücum edib: “Bizə hücum etdilər, hər tərəfdən yumurta atəşinə tutdular. Müsavat fəallarında bir neçəsi saxlanıldı”.

Saxlanılanlar Arif Hacılının müşaviri Hidayət İsmayılov, Cəlilabad rayon təşkilatının sədri Azər Əsgər, NTK sədri Akif Bədirli və Şura üzvü Rüstəm Rüstəmov olub. Saxlanılanlar görüşlə bağlı sorğu-sual ediləndən sonra sərbəst buraxılıblar.

На изображении может находиться: 1 человек, стоит

Partiyanın Masallı təşkilatının sədri Allahverdi Rəhimli, sədr müavini Ramiz Abdulla və bir neçə fəal görüşdən qayıdarkən Masallı ərazisində saxlanaraq, polis şöbəsinə aparılıblar. Onlar da sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıblar.

На изображении может находиться: 1 человек, стоит, дерево и на улице

Bundan bir gün qabaq isə Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu ilə Yadigar Sadıqlının Qəbələ rayonunda partiyanın qurultay nümayəndələri ilə görüşünə polis müdaxiləsi olmuş və maneə yaradılmış, hətta yolboyu yerləşən kafe və çayxanalar xüsusi tapşırıq əsasında onlara xidmət göstərməkdən imtina etmişdi.

Image may contain: 3 people, people standing, beard and outdoor
Image may contain: one or more people, people standing and outdoor

Xatırladaq ki, Müsavat Partiyasının qurultayı oktyabr ayının 12-nə təyin olunub.