Milli Şura sentyabrın 28-nə mitinq təyin etdi VİDEO

Milli Şura yenidən mitinqlərə qərar verib. Növbəti mitinq saentyabrın 28-nə təyin edilib. Milli Şuranın qərarını AXCP sədri Əli Kərimli TuranTV-də Qənimət Zahidin aparıcılığı ilə yayımlanan Sözarası proqramının (Azərbaycan saatı yutub kanalı) 13 sentyabr buraxılışında açıqlayıb.

Ə.Kərimli bildirib ki, mitinqlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Müraciətdə mitinqin yeri kimi 3 ünvan göstərilib: 28 may metrostansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı çeydan və Nərimanov metrostansiyasının yanındakı park. Bununla yanaşı, Milli Şura mitinq komitəsinə yerlə bağlı BŞİH-lə müzakirələr aparmaq səlahiyyəti verib. AXCP sədri qeyd edib ki, müracitədə göstərilən yerlərin hər biri mitinqlər üçün münasibdir və əslində, Milli Şura bu yerləri göstərməklə kompromisə gedib. Bu mənada BŞİH mitinq üçün şəhərin ucqarlarını təkif etsə, Milli Şura bununla razılaşmayacaq.