Putinin İnsan Haqları Şurasının 28 üzvü polis zorakılığına qarşı çıxdı

Avqustun 12-də Rusiya prezidenti yanında İnsan Haqları Şurası üzvlərinin yarıdan çoxu Exo Moskvı radiosunun saytında dərc etdirdikləri bəyanatda son vaxtlar paytaxtda keçirilən etiraz aksiyalarından və onların dağıdılmasından söz açıblar.

Bəyanatda polis zorakılığından, adamların saxlanma metodlarından “ciddi narahatlıq” ifadə olunur.

Sənəddə deyilir ki, hüquq-mühafizə orqanlarının belə hərəkətlərini “normal” hesab etmək olmaz və adamların qanunsuz saxlanması praktikasına son qoyulmalıdır.

Bu bəyanatı prezidnet yanında İnsan Haqları Şurasının 28 üzvü imzalyıb. Şurada 50 üzv var.

moscow protests 2019 ile ilgili görsel sonucu

Bəyanatda deyilir:

“Biz 12 iyun, 20 iyul, 27 iyul, 3 avqust mitinqlərində olmuşuq. Biz kütləvi iğtuşaş yox, adamların kütləvi və əsassız saxlanmasının, polis zorakılığının, protokolların saxtalaşdırılmasının, adamların müdafiə, şərəf vətəhlükəsizlik hüququnun pozulmasının şahidi olmuşuq”.

Bəyənatda bildirilir ki, bu sənəd Vəkillərin Federal Palatasının, Moskva Vəkillər Palatasının, İşgəncələrə qarşı Komitənin, Moskva Helsinki Qrupunun və başqa insan haqları təşkilatlarının mövqeyi ilə üst-üstə düşür.

moscow protests 2019 ile ilgili görsel sonucu