Mone- öz tarixi rolunu oynayan adam

O, bir savaşçıdır. O, Azərbaycanda hər bir gəncin olmaq istədiyi modeldir. Artıq iki kəlməni bir-birinin ardınca gətirə bilməyən mənən canavarlaşmış YAP-çılar bu gəncləri boğaza yığıb.
İllər əvvəl Mone (Murad) Quliyev hələ çox gənc yaşlarında müğənni Aygün Kazımova ilə bir həvəskar mahnı səsləndirdi. Bu gün bütün Azərbaycan gəncləri onun mahnılarını dinləyirlər. Onun fotoları və yazıları Azərbaycanda yaşayan tələbələr və gənclər tərəfindən sevə-sevə paylaşılır. Bəlkə bu gənc rejimin dizlərini necə yerə qoyduğunu hələ də anlamır. Monenin bu cəsur addımlarını Azərbaycan insanı heç zaman unutmayacaq. Hakimiyyət onu yararsız bir vətəndaş elan edə bilər. Lakin Mone bir daha göstərdi ki, yararsızlar hakimiyyətdən beşəlli yapışıb gücünü qorumağa çalışanlardır. O, öz müsahibəsi ilə Azərbaycan gənclərinin qəlbini və zehnini qığılcımlandırdı, onlardakı qorxunu öldürdü. Mone bu rejimin öz təmsilçilərini kresloda əbədi saxlamaq qorxusunu insanların içindən qovub çıxardı.

Mone ABŞ-da yaşayır, İngilis dilində səlis danışır, idmanla məşğul olur, gözəl övladlar tərbiyə edir və özü pul qazanır. Mone yüzlərlə digər gənc kimi, Azərbaycandakı ümidsizlikdən və Əliyev diktaturasından ölkəni tərk edərək Amerikaya gedib. Mone əsl Azərbaycan vətənpərvəridir. O özü ilə bağlı nə olacağını deyil, xalqın və ölkənin gələcəyini düşünür.
Bu gün bütün ölkədə onu müzakirə edirlər. Gənc azərbaycanlılar onun yazılarını və reportajlarını izləyərək alqışlayırlar. Artıq hər kəsə aydındır ki, Əliyev rejimi aysberqə gedən “Titanik” kimi dağılmaqdadır.

Uşaqlıqda qəhrəmanımız Muradı ikinci adı – Mone ləqəbi ilə çağırırdılar. Mone sahib olduğu sevimli “silahı” ilə inandığı dəyərlər uğrunda mübarizə aparır. Mone romantikdir, ADR və Məhəmməd Əmin Rəsulzadənin ideallarına inanır. Onun ABŞ-da ADR dövrünün fəaliyyətini oxuyub araşdırdığını deyirlər. Mone ədalətə inanır, bu, Əliyev rejiminin xalqına verə bilmədiyi bir şeydir. Mone həqiqəti təkbaşına axtarmır, özüylə birlikdə milyonlarla başqa azərbaycanlını da bizim zülmət “səltənətindəki” həqiqətlərlə maraqlandırır. İndi onun xalq qarşısında Əliyev rejiminin bəlalarından yaxa qurtarmağa kömək etmək kimi bir borcu var.

Mone gəncliyə vurğundur – o, əsl inqilabçıdır. Güclü, yaraşıqlı, gənc və atəş kimi cəsur. Bir dövlət məmurunun və ya bir deputatın sakit həyatı Mone üçün deyil, bunu anlamaq çox asandır. O, bir savaşçıdır. O, Azərbaycandakı hər bir gəncin olmaq istədiyi modeldir. Artıq bu gəncləri iki kəlməni bir-birinin ardınca gətirə bilməyən mənən canavarlaşmış YAP-çılar boğaza yığıb.

Mone kimi xarizmatik insanlar çoxdan bizim rüsvayçı pop-korn deputatlarımızı əvəz etməlidirlər. Rəzil övladları min hoqqadan çıxan, kütbeyin oğlu İbizada 2 milyonluq saatı oğurladaraq quldurlardan qaçan və arvadları erməniləri öz striptiz-barlarında əyləndirən deputatları. Məhz bu mənəvi canavarlar üçün Əliyevlərə “ sağ ol” deyilməlidir. İnsanlar məhz onların sayəsində Əliyevlərə nifrət etməyə başladı. O zaman səbəb və günahı Monedə axtarmayın, ətrafınızdakılarda axtarın.

Mone kimi gənclər ölümdən qorxmazlar, onu salamlayarlar. Monenin atası, keçmiş nazir Qüdrət Quliyevin hərəkətinə gəlincə… Bir şeyi deyirik – bu, sadəcə, ölkənin banan diktaturası olduğunun başqa bir sübutudur. Rejim ataları övladlarından imtina etməyə məcbur edir … Belə şeylər haqqında QULAQ və Nasizm dövrlərinin hekayələrindən oxuyuruq …

Mone despotik rejimi məhv etmək istəyir və əslində, bu gün hakimiyyətin dizlərini Mone deyil, onun bizə verdiyi müsahibəyə gənclərin böyük reaksiyası titrətdi. Onun rejimə olan nifrəti insana xüsusi bir güc verir, onu təsirli, hardasa mifik, aydın istiqamətə yönəlmiş bir məhvetmə maşınına çevirir. Bizim gənclərimiz də belə olmalıdır. İstibdadın gücünə yenilməyən Mone və onun kimilərini biz hər zaman dəstəkləyirik. Mone kimilər modeldir, nümunədir və post-Əliyev dövrünün də modeli olacaqdır. Bu gün bir şey tam aydındır, çox keçmədən bu gənci təhqir və tənqid edənlər peşman olacaqlar. Mone və bu rejimin başqa tənqidçiləri isə yeni gözəl Azərbaycanın şərəfli tarixinə çevriləcəklər…