Rövnəq Abdullayevin 72 saatlıq uğuru

Onun hər saatı 1 milyon 200 min avrodur

İki gündür ki, azerbaycansaati.tv saytı vurulub və darmadağın edilib. Biz, əlbəttə, yaxın günlərdə saytı bərpa edəcəyik. Bu dəfə daha etibarlı hostingə köçürəcəyik və təhlükəsizliyi də ən yüksək səviyyəyə çatdıracağıq.
Nəyə görə bu sayt Azərbaycan hakimiyyətinin başının daşına çevrilib ? Baxmayaraq ki, Azərbaycan ərazisində bloklanıb və bir çoxlarının ötəri müşahidələrinə görə o qədər də ciddi əhəmiyyəti olmamalıydı. Amma qətiyyən belə deyil. Sayt Azərbaycan ərazisində bloklansa da, vpn-lə giriş göstəriciləri yüksəkdir. İkincisi, bu saytda yalnız azərbaycan dilində deyil, rusca və ingilliscə də materiallar yerləşdirilir. Üçüncüsü, sayta hücum təşkil edənlər, şübhəsiz, heç cür qarşıəsını ala bilmədikləri Azərbaycan Saatı televiziya proqramından və ümumiyyətlə, satellit üzərində yayında olan Turan TV-dən qisas aldıqlarını düşünürlər. Biz, qisas almayacağıq, fəaliyyətimizi davam etdirəcəyik.
Sayta ddos-la hücum SOCAR-ın sifarişi ilə təşkil edilir və hətta bəzi mütəxəssislərin iddialarına görə ehtimal etmək olar ki, saytın yerləədiyi hosting-lə də əlaqə qurub əlavə maneələr yaratmaqdadırlar (name.com). Yeri gəlmişkən, Azərbaycanlı həmkarlarımıza bildirmək istərdik ki, name.com-da sayt yerləşdirənlər, burdan daşınmaq haqqında, ən azı, düşünsünlər. Bu servisin üzərindəki şübhələr təsdiqlənsə, o, beynəlxalq səviyyədə boykot ediləcək. Söhbət böyük pullar qarşısında medya azadlığına qarşı cinayətin iştirakçısı olmaqdan gedir.
Bu mərhələni isə Rövnəq Abdullayevin simasında Azərbaycan hakimiyyəti udmuş sayıla bilər. Baxmayaraq ki, azerbaycansaati.tv-nin yaxın bir həftədə bərpası mümkün olacaq.

Azadliq.info