Mingəçevirdə 57 yaşlı qadın özünü 5-ci mərtəbədən atıb

Mingəçevir şəhərində 57 yaşlı qadın özünü 5-ci mərtəbədən atıb. Hadisə şəhərin Azərbaycan İES adlanan ərazisində, “Energetik” qəsəbəsi, Naxçıvan küçəsi, 48 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü, şəhər sakini Qiyafət Kərim qızı Əliyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

Qiyafət Əliyevanın psixoloji problemlərinin olduğu bildirilir. Qonşuların sözlərinə görə, qadın qəbul etdiyi psixatrop dərmanların təsiri keçməmiş özünü atıb.

Faktla bağlı araşdırma aparılır.

Azər