Həbsdəki AXCP funksionerinin şikayətinə ilkin baxış olub VİDEO

İyulun 9-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı ərizəsinin Suraxanı Rayon Məhkəməsinin təmin etməməsi barədə qərarından şikayətinə ilkin baxış olub. Məhkəmə baxışı iyulun 22-nə təyin edilib.

Suraxanı Rayon Məhkəməsi 2019-cu il mayın 29-da Asif Yusiflinin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməyib.