Hökumətin məğlubiyyət marafonu

Yaxud, Əli Kərimliyə “dur” demək

İlham Hüseyn 

“İslahatçı” hökumətimiz nə qədər çalışsa da, məhkəmə şoularına ciddi tərtibat verə bilmir. Artıq çoxdandır ki, sadə vətəndaşlar “məhkəmə” sözünü “məzhəkə” sözüylə sinonimləşdirib. Məhz belə “məzhəkə”lər nəticəsində xeyli ictimai-siyasi fəal cərimələnib və bu cərimələrin ümimi məbləği 10 min manatdan çoxdur. Cərimə olunmuş şəxslərə dəstək üçün demokratik düşərgə “xeyriyyə marafonu” təşkil etdi və ictimayyətə çağırış edildi. Elə növbəti tamaşa da burdan başladı. Hökumətimizin nümayəndələrinin dil problemi olduğuna görə “xeyriyyə” sözünün başın buraxıb, “marafon” sözünə girişdilər. Bildiyiniz kimi Marafon- Atletizmdə uzun məsafəli (42.195 metr), sərt əsaslı yollarda edilən müqavimət qaçışıdır. Adı köhnə Yunanıstandakı Marafon döyüşündən gəlir. Eramızdan əvvəl Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datisvə Artafernin komandanlıq etdikləri farsqoşunu arasında baş vermiş döyüşdü. Bugünkü Olimpiya Oyunlarının ən əhəmiyyətli idmanı olub, müqavimət yarışlarının ən çətinlərindən sayılır.
İndi ayıq-sayıq hökumətimiz də düşünüb ki, Əli Kərimli camaatı marafon yürüşünə çıxarıb, 42 kilometr yol qət edəcək. Əslində, əsas qorxuları başqadı. 86.6 min kvadrat kilometrdə o qədər nüfuzdan düşüblər ki, müxalifətin 1 metr irəliləməsinə də göz yummaq istəmirlər. 26 ildir ki, hökumət özü “marafon”dadı. Dəyərlərdən, ədalətdən, azadlıqdan, hüquqdan, demokratiyadan sürətlə qaçırlar. Bunlar avtoritarlığın atletləridi. Dünənki dinc tədbirə nadinc şəkildə soxulmaqları da, qorxunun marafonu idi.
Hətta təyinatlı deputat marafonunda qalib gəlmiş Aydın Mirzəzadə deyib ki, Əli Kərimliyə “dur” demək lazımdı. Giya, dünənə qədər Əli Kərimliyə “yaşıl işıq” olub, bugündən “dur” deyəcəklər. Əli Kərimli 26 ildir bunların “dur” tələbinə, “irəli” deyə bildiyinə görə lider ola bilib. Bunların “dur” tələbinə dursaydı, indi parlamentdə Aydın Mirzəzadə ilə inlişafdan danışardı.
Məsələ bundadır ki, xalqın “get” mesajın hiss edirlər və Əli Kərimliyə “dur” deməyi “xilas düsturu” sayırlar.
Təklif edirəm ki, hökumət də marafon keçirsin və sürətli qaçıq haqqında düşünsünlər. Hökumətin ən yaxşı xeyriyyə marafonu bu ola bilər.
Bir sözlə, dünənki marafonda qalib atletlər müxalifətdən oldu. Hökumət isə cığallıqla finişə tez çatmaq istəsə də, hakimlər qələbəni qeydə almadı.