Qarət olunan 1 milyonluq saatın sahibi Rövnəq Abdullayevin oğlu imiş

İspaniyanın İbiza kurort şəhərində 1.2 milyon avro dəyərində saatı qarət olunan azərbaycanlının kimliyi dəqiqləşib. “Azerbaycansaati.tv” saytının İbiza polisindən əldə etdiyi məlumata görə, qarət olunan şəxs 1994-cü il təvəllüdlü Rəşad Abdullayevdir. O, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğludur.

Sayt hadisə ilə bağlı İbiza polisində tərtib olunan aktın fotosurətini də yayıb.

Bəlli olur ki, Rəşad Abdullayev İbizada dostları Azər Əsgərov (Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş rəhbəri Arif Əsgərovun oğlu) və Ceyhun Mahmudzadə ilə birlikdə əylənirmiş. Qarət olunan gün onlar qaldıqları Nobu otelindən qızlarla birlikdə çıxıblar və taksi ilə gediblər. Dostlar “Hard Rok” adlı restoranda dayanıblar və daha sonra qızlarla bir qədər gəzməyə qərar veriblər. Bu zaman onlar yerli xuliqanlarla rastlaşıblar. Xuliqanlar Rəşad Abdullayevdən qolundakı bahalı saatı tələb ediblər. Dostlar, müqavimət göstərə bilməyəcəklərini anlayıblar və qorxudan tələbi yerinə yetiriblər.

Image may contain: 3 people, people smiling

No photo description available.

***

İngiltərənin Daily Mail nəşri Azərbaycanın adı hallanan sensasialı bir məlumat yayıb. Məlumat bundan ibarətdir ki, 22 yaşlı bir azərbaycanlı turist İspaniyanın İbisa kurort şəhərində çimərlikdə 1 milyon 150 min funt sterlinq dəyərində saatını oğurlatdırıb. Oğurlanan saatın markası “Richard Mille 50-03 McLaren F1″dir. Bu xronoqraf saatdan cəmi 75 ədəd istehsal olunub. Qəzet saat sahibinin kimliyi barədə yazmasa da, qeyd edib ki, hadisə gündüz vaxtı, şəhər kənarında baş verib. 22 yaşlı azərbaycanlı gənc dostu ilə gəzdiyi yerdə hücuma məruz qalıb və basqın edən ona bir neçə zərbə vuraraq saatını alıb, qaçıb. Zərərçəkən dərhal yerli polisə bu barədə məlumat verib.

Hazırda Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli isə belə bahalı soyğuna məruz qalan azərbaycanlı gəncin kimliyi haqda əldə etdiyi məlumatı feysbuk hesabında paylaşıb. Jurnalist yazır ki, artıq dünta mediasının heyrətlə tirajladığı bu xəbərdə adı çəkilməyən azərbaycanlı Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlidir.

Image may contain: 1 person, beardImage may contain: 1 person, standing and suit

“22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmilyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir…”, – deyə jurnalist qeyd edib.

azadliq.info