X-Lady mağazasında yanğın

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın başalyıb.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Hadisə yerində olanlardan bir nəfər  bildirib ki, ticarət mərəzi Neftçilər metro stansiyasının qarşısında yerləşir.

“Hazırda yanğın baş verən yerə gedən yollar bağlanıb. Böyük tıxac yaranıb. Yanğının söndütrülməsinə çoxsaylı yanğınsöndürən avtomobillər cəlb edilib,” o qeyd edib.

Rəsmi qurumlar yanğının səbəbləri və xəsarət alanlar barədə məlumat vermir. Sosial şəbəkələrdə yayılan forolardan yanğının binanın dam hissəsində baş verdiyi görünür.

Bu il martın 26-da Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Beşmərtəbəli bina tamamilə yanıb. Yüzlərlə ticarətçiyə milynlarla manat ziyan dəyib. Ticarətçilərə dəyən ziyan dövlət tərəfindən ödənilir.

Amerikanın səsi