Polis vətəndaşı jurnalist bilib xəstəxanalıq etdi

Laçınlı məcburi köçkündən şok iddia

Laçın rayonundan məcburi köçkün Pərviz Əliyev Abşeron rayonu ərazisində ət satışı ilə məşğul olur. İyunun 7-də Xırdalan şəhərində satdığı ətin pulunu gözləyən zaman iki nəfər şəxsin basqınına məruz qalıb. Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər Pərviz Əliyevin onların şəklini çəkdiyini düşünüb. Buna görə onu döyüb, ağır bədən xəsarəti yetiriblər. Sol ayağından ciddi xəsarət alan Pərviz Əliyev Sumqayıt şəhər xəstəxanasının travmotologiya şöbəsində müalicə olunur. Ağır cərahiyyə əməliyyatı keçirib.

 

 

 

 

Əliyev Pərvizin deməsinə görə həmin şəxslərdən birinin adının Bəhruz olduğunu öyrənib. O, özünü “bandotdel”in işçisi kimi təqdim edib. Yanında olan şəxsin isə Binəqədi Polis İdarəsinin rəis müavini olduğunu deyib. Xəsarət alan şəxsə bildirilib ki, bu barədə heç kimə məlumat verməsin. Bundan qorxan Pərviz Əliyev 10 gün müddətinə susmağa məcbur olub. Yalnız iki gün əvvəl polisə məlumat verib. Bundan sonra Abşeron Polis İdarəsinin müstəntiqi hadisə ilə bağlı ondan izahat alıb.

Pərviz Əliyevin əmisi Mətləb Əliyevin bildirdiyinə görə sonradan Bəhruz adlı şəxslə görüşüblər. Bəhruz deyib ki, laçınlı olmasa idi, rəis müavini onu tapança ilə vurardı.
Zərərçəkənin anası Gülzar Əliyeva oğlunun günahsız olduğunu bildirib. Pərvizin üç azyaşlı uşaq atası olduğunu, ailənin yeganə gəlir gətirən olmasını qeyd edib. Gühahkarların tapılıb cəzalandırılması üçün dövlət orqanlarına müraciət edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Buna baxmayaraq onların mövqe bildirmək hüqunu tanıyırıq.
Zərərçəkmiş Pərviz Əliyev və onun yaxınlarının çıxışlarını əks etdirən video reportajı izləyicilərimizə təqdim edirik.

azadliq.info