Rəsulzadənin şəkli olan “avro” buraxılıb

Suvenir Avro Əskinasları Azərbaycan  Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan evro xatirə pul nişanı buraxıb.

Suvenir Avro Əskinaslarının Yaradıcı Direktoru Kristian Peterman Mikroskop-a deyib ki, əskinas qurumun Türkiyə Departamenti ilə birgə Özgür Honca tərəfindən hazırlanıb.

Məhdud sayda – 10 min ədəd çap edilən əskinasın Azərbaycan və Türkiyədə, eləcə də onlayn satışı planlaşdırılır və qiyməti 8 avro olacaq.

0 göstərişli evro pul nişanı dövriyədə istifadə olunan evro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Evro ilə eyni dəyərlidir.

K.Peterman deyib ki, bu, Azərbaycan mövzulu ilk əskinasdır və sonuncu olmayacaq.