Bakının Binәqәdi rayonunda, Rәsulzadә qәsәbәsindә günün günorta vaxtı yolun ortasında qәtl törәdilib. Şahidlәrin verdiyi mәlumata görә, iki avtomobil yolda başqa bir avtomobili tәqib edib, biri arxadan, biri öndәn onun yolunu kәsib vә tәqib edәn avtmobillәrin birindәn silahlı şәxs çıxaraq tәqib olunan maşına yaxınlaşıb. Hәmin maşının sürcüsü dәrhal maşından düşәrәk qaçıb. Silahlı şәxs maşındakı sәrnişinә iki güllә vuraraq, gәldiyi avtomobilә qayıdıb vә iki avtomobildәb ibarәt dәstә hadisә yerindәn uzaqlaşıb.
azadliq.info