Mingəçevirdə 9 aylıq qız uşağı boğularaq ölüb

İyunun 2-də gecə saatlarında Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. Şəhərin H.Əliyev prospekti, 43 ünvanda yaşayan Ağamalıyevlər ailəsinin üzvü, 2018-ci il təvəllüdlü Rəna Şəhriyar qızı Ağamalıyeva boğularaq ölüb. Doğmalarının sözlərinə görə, körpə yuxuda olarkən yorğan-döşək üzərinə aşıb və uşaq onun altında qalaraq boğulub.

Qonşuların azadliq.info-ya verdiyi məlumata görə, uşağın xəstaxanaya çatdırılmasına və həkimlərin bütün səyinə baxmayaraq artıq çox gec olub.

Qeyd edək ki, doqquz aylıq Rəna ailənin ilk övladı olub. Qonşular onu da bildiriblər ki, hadisənin baş verdiyi ailənin üzvləri Hacıqabul sakinləridir və qeyd olunan ünvanda kirayə yaşayırlar.
Faktla bağlı araşdırma aparılır.

Azər