AB rәsmisi Әli Kәrimli ilә görüşdü

Bakıda rəsmi səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar AXCP sədri Əli Kərimli ilə görüşüb. Görüşdə əsasən Azərbaycan-Ermənistan münaqişəsi və Azərbaycan-AB münasibətləri müzakirə olunub. AB rəsmisi müxalifətin münaqişənin nizamlanması ilə bağlı fikirlərilə maraqlanıb. Əli Kərimli bildirib ki, Cənubi Qafqaz regionunun demokratikləşməsi və bütövlükdə regionun Avropa Birliyilə inteqrasiyasının sürətlənməsi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasına əlverişli zəmin yarada bilər. AXCP sədri ümidvar olduğunu bildirib ki, Azərbaycanla AB arasında imzalanması gözlənilən saziş Azərbaycan hakimiyyətinin üzərinə demokratikləşmə ilə bağlı öhdəliklər qoyacaq və Azərbaycanda insan haqlarının qorunmasına öz müsbət təsirini göstərəcək.

Azadlıq.info