Uşaqlar da Əliyevlərin korrupsiyasının girovudur

Milli Şuranın sədri Cəmil Həsənli 

Bu gün dünya Uşaqlar günü, yəni Ümumdünya Uşaq Hüquqları günüdür. .Səhərdən rejimin radio və televiziyaları Heydər Əliyevin uşaqlara qayğısından, onun guya hələ sovet dövründə uşaqları xilas etməsindən dastan danışır. Çoxu da yalan, gerçəkliyi əks etdirməyən məlumatlar, respublikada uşaq probleminin saxtalaşdırılıması cəhdi. Əslində uşaq məsələsində real mənzərə bunların dediklərindən çox fərqlidir. Gəlin faktlara diqqət yetirək. Azərbaycanı tarixində ən yüksək uşaq artımı ötən əsrin 60-cı ildə qeydə alınıb ki, bu da 4,1 faizə bərabər idi. Bu illərdə əhalinin təbii artım sürətinə görə Azərbaycan, SSRİ-nin digər müttəfiq respublikaları ilə müqayisədə birinci yerə çıxmışdı. 1959-1960-cı illərdə əhalinin hər 1000 nəfərinə düşən yeni doğulan uşaqların sayı azərbaycanlılar arasında 46,7 nəfərə yüksəlmişdi. Həmin illər Sovet İttifaqında bu ən yüksək göztərici idi. 1968-ci ildə əhalinin təbii artımı sürətinin ümumittifaq göstəricisi 9,8 nəfər olduğu halda, Azərbaycanda bu göstərici 25,2 nəfər idi. 1964-cü ildə respublikada əhalisinin 1 milyon nəfəri 1 yaşından 7 yaşına qədər uşaqlar idi. Bu bütün əhalinin 25 faizinə bərabər idi, halbuki həmin dövrdə ümumittifaq göstəricisi 15 faizə bərabər idi.

37-dən sonra Azərbaycanda uşaqlar ən çox Əliyevlərin 60 illik idarəçiliyindən travma alıblar. Bütüb-tükənməyən repressiyalar, kütləvi həbslər, qurama ittihamlar, işgəncə altında insanların öldürülməsi, istntaqsız-məhkəməsiz vətəndaşların güllələnməsi, narkotikanın “ümummilli” ittihama çevrilməsi, ssenariləşdirilmiş konstitusyon qurluşu devirmək kimi cəfəng ittihamların ilk zərbəsi uşaqlara dəyib.

Yeni uşaq sevinci yaşayan zabiti işgəncə altında döyüb öldürüb sonra təqsirinin sübuta yetrilmədiyi haqda ailəsinə məktub göndəriblər. Nardaranda törədilən “əməliyyatın” da travmasın uşaqlar çəkməli olub. Hazırda saxta ittihamla həbsdə saxlanılan Qarabağ qaziləri – jurnalist Əfqan Muxtarlı, döyüşçü Babək Həsənli, Asif Yusifli, vətən torpağı uğrunda fədakarlıq etmiş Saleh Rüstəmlinin uşaqları hansı travmanı yaşamadılar?

Aqil Əli Məhərrəmin əkiz körpələri gözlərini açıb atalarına evdə görməyiblər. Uydurma “Nardaran işi” “Tərtər işi”, “Gəncə işi” nə qədər uşağı ata üzünə həsrət qoyub? Maskalı quldurların “əməliyyat” adı altında evlərə basqınlarının qorxunc məqamlarını məhz uşaqlar yaşayır. Hər dəfə analarının ətəyindən yapışıb atalarının məhkəməsinə gələn bu körpələrin dağılan dünyasını kim bərpa edəcək, aldığı travmanın körpə həyatına gətirdiyi yaraları kim sağaldacaq?

 

 


Bizim ölkənin uşaqları Əliyev rejimin korrupsiya şəbəkəsinin girovuna çevrilib. Çünki İlham Əliyev hakimiyyətə gələndən az sonra onların uşaq pulları kəsilib.