Zakir Qaralovun Gəncədə yarımçıq qəbulu

 Vətəndaşlar baş prokurorun qəbulunun təşkilindən narazı qalıb

Bu gün 200-ə yaxın insan gəncədə Azərbaycanın baş prokuroru Zakir Qaralovun qəbuluna düşməyə çalışıb. Amma görüşün keçirildiyi Gəncə Şəhər Prokurorluğunun binasına cəmi 25 sakin girə bilib.

Gəncə sakinlərinin məlumatına görə, şəhər prokurorluğunun binasını polis 200 metrədək dövrəyə alıb və Qaralovun qəbuluna düşmək istəyənləri buraxmayıblar.

Polis vətəndaşları sıxışdıraraq prokurorluqdan uzaqlaşdırıb.

Şikayətçilər arasında 2018-ci ilin iyulunda Gəncə hadisələri zamanı həbs edilən və sonradan işgəncələrə məruz qalan şəxslərin ailə üzvləri də olub.

Bu insanların yaxınları dəfələrlə KİV-ə istintaqın qeyri-obyektiv aparıldığını, əsasən dindar şəxslər olan həbs edilənlərə işgəncə verildiyini bildiriblər(Turan).