Qalibi bilinən tender elan edilib

Mayın 22-də tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Temelsu Uluslararası Mühendislik Hizmetleri” Türkiyə şirkətinin filialı ilə meliorativ tədbirlərin layihə-smeta sənədlərinin hazırlanması üzrə müqavilə bağlayıb.

Dövlət satınalmaları reyestrinə əsasən, layihə şirkəti ilə müqavilənin dəyəri 6.270.000 manat və ya 3.688 min ABŞ dollar olub. Bu işlər Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən qış otlaq sahələrində və bataqlaşmış ərazilərdə planlaşdırılır. Söhbət təxminən 20 min hektar torpaq sahəsindən gedir, deyə müdiriyyətdə “Turan”a bildiriblər.