Hakimiyyәt deyәsәn, siyasi motivli daha bir cinayәt işi quraşdırır. Bunu şәrti olaraq “AXH işi” vә ya “İsgәndәr Hәmidova qarşı әmәliyyat” adlandırmaq olar.
Hazırda xaricdә olan sabiq daxili işlәr naziri İsgәndәr Hәmidov hәbs oluna bilәr. Sayt mәlumatı hüquq-mühafizə orqanlarına yaxın mənbədәn aldığını qeyd edib.
İ.Hәmidovun xaricә müayinә vә müalicә üçün getdiyi mәlumdur. Lakin bu barədə məlumat verən saytın yazdığına görә, hüquq-mühafizә orqanları bunu onun mәsuliyyәtdәn yayınmaq istәyi kimi qәbul edir. Məlumatdan aydın olur ki, İ.Hәmidov Azərbaycan Xalq Hərəkatının (AXH) üzvlərinə mayın 25-də icazəsiz aksiyaya getmək göstərişi və pul vermәkdә ittiham olunacaq. AXH üzvlәrindәn bir neçә nәfәrin hәbs olunib “bandotdel”ә aparıldığı artıq mәlumdur. Bu mәlumatda da qeyd edilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, yәni “bandotdel” artıq onlarla şəxsi saxlayıb vә onlar İ.Hәmidovdan mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə göstəriş və pul aldıqlarını etiraf ediblәr.
Strateq.az