Yala qulluq edən ziyalı deyil

Rafiq Manaflı

Bilmirəm nəyə görə biz “ziyalı” sözünü bu qədər qabardıb onu daşıya bilməyəcəyi mənəvi-emosional yüklə yükləyirik. Keçmiş sovet məkanında bilirsiniz nə qədər ziyalı var? – İtə tök…
Məsələn, yazıçılar üçün salınacaq şəhərciyin adını Heydərabad qoymağı təklif edən xalq yazıçısı Anar. Ziyalıdırmı bu adam? – Bəli, ziyalıdır. Ya, “ermənilər qorxudan səngərdə əyilə-əyilə gəzir” deyən professor Elman Nəsirov. Ziyalıdırmı, bu sərsəri? – Bəli.
Və yaxud, “harada müxalifətçi gördünüz üzünə tüpürün” deyən elmlər doktoru Nurlana Əliyeva. Ziyalıdırmı üzü üzlər görmüş bu dişi? – Bəli, ziyalıdır.
Daha saymayacam, qurtaran deyil.
Biz bu gün sovetdən qalma terminologiya ilə kimisə ziyalı adlandırırıqsa, bununla onun daxili aləmini, mənəvi mahiyyətini qabartmırıq, sadəcə onun sosial mənşəyini göstəririk. Məsələn, Pedoqoji İnstitutun deyək ki, fizika fakultəsini bitirən 2 nəfərdən biri təyinatını alır orta məktəblərdən birinə, peşəsinə görə olur müəllim, sosial mənşəyinə görə isə qulluqçu. Digəri isə adam tapır, təyinatını Elmlər Akademiyasına alıb olur elmi işçi və bu adam sosial mənşəyinə görə heç nə yoğurub, heç nə yapmadan ziyalı adlanır. Bu qədər sadə.
Sosial mənşəyinə görə ziyalı adlananların millətimizin başına gətirdikləri oyunları saymaqla qurtararmı? Millətimizin adını belə onlar dəyişmədimi? Təsəvvür edin keçən əsrin 30-50 illərini. İki ziyalı dost süfrə arxasında oturub bir-birinin sağlığına bir şüşə araq içib ayrılandan sonra səhəri dirigözlü açmayıblarmı? Və hələ gün doğmamış NKVD-yə cumub qonşu otaqlardaca dünən sağlığına badə qaldırdığı dostunu baqaja qoymayıbmı?
Düzdür, sovet Azərbaycanının ziyalıları müstəqil Azərbaycanın ziyalılarından fundamental bir məsələdə fərqlənirdilər. Onlar dövlətə qulluq etdiklərini zənn edirdilər. Bu günün ziyalıları yala qulluq edirlər, İlham Əliyevin ziyalılarıdırlar. İlham Əliyev yallarını çox etdikcə ziyalılıqları daha da şişir, necə ki, qapısında saxladığının sədaqəti kimi. Və bu məsələdə nə qədər onlardan sınmağı tələb edən İlham Əliyev günahkardırsa, o qədər də sınmağa hazır olan ziyalı dediklərimizdir.
Amma nə yaxşı ki, İŞIQLI insanın adidəsini yaratmış Hüseyn Cavidimiz var. Nə yaxşı ki, elə ətrafımızda minlərlə işıqlı insanlar var. Xalqımızın, millətimizin sabahını onlar quracaqlar və ona görə mən çox optimistəm.