Alüminium zavodunun əmlakı “Paşa Sığota”da sığortalanıb

Müqavilənin dəyəri 142 milyon 859 min manatdır

“Azəralüminium” MMC 16 aprel tarixində “Paşa Sığorta” sığorta şirkəti ilə əmlakın icbari sığortası üzrə müqavilə imzalayıb. Tərəflər arasında müqavilənin imzalanması barədə məlumat 16 may tarixində açıqlanıb.

Müqavilənin dəyəri 142,859,77 manat olub. Sığorta şirkəti təkliflər sorğusu yolu ilə seçilib. Xidmətlərin satınalınması barədə xəbər yalnız “Respublika” qəzetində dərc olunub. Amma qanunvericiliyə əsasən, həmçinin dövlət satınalma portalı və “Azəralüminium” MMC-nin ana şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin korporativ saytında nəşr olunmalıdır(Turan).