Vәkil Әfqan Muxtarlı ilә görüşә bilmәyib

Vәkil Elçin Sadıqova hәbsdә olan jurnalist Әfqan Muxtarlı ilә görüşmәyә imkan vermәyiblәr.

Bu barәdә vәkil Elçin Sadıqov Facebook statusunda yazıb: “Mayın 8-i saat 16:40-da 16 saylı cәzaçәkmә müәssisәsinə Muxtarlı ilә görüş üçün gәlib sənədlәrini təqdim etdim. Əməkdaş bildirdi ki, rəisin işi var bir azdan buraxılışın üstünü yazacaq. Bir müddәt keçәndәn sonra bildirdilər ki, saat 16:30-dan sonra görüşә heç kəs buraxılmır. Əvvәl saat 17:00 qәdәr CÇM-yә görüş üçün sәrbәst girmәk olurdu. Əvvəllər 5-10 dəqiqə ərzində görüş verirdilər, indi 1 saat gözlədib görüş mümkün deyil deyirlər”, – vәkil yazır.

azadliq.info