AXCP üzvü Salyanda həbs olunub

Rayon məhkəməsi ona 15 sutka həbs cəzası verib

AXCP Salyan şöbəsinin fəalı Elzamin Salayev növbəti dəfə şərlənərək həbs olunub. Salyan Rayon Məhkəməsi mayın 7-də AXCP üzvü Əlizamin Salayevin 15 sutka azadlıqdan məhfrum edilməsi haqda qərar çıxarıb. Əlizamin Salayev yeni il başlayandan artıq üçüncü dəfədir İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham olunaraq sutkalıq cəza alır.

Bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.

“Şıdırğı islahatlar davam edir. AXCP Salyan şöbəsinin fəalı Elzamin Salayev növbəti dəfə şərlənərək həbs olundu.
Xatırladım ki, Elzamin bəy video-müraciətində Mirşahin Ağayevdən çirkin fəaliyyətini dayandırmağı tələb etmişdi.
Amma “şanlı” məhkəməmiz, “əzəmətli” hökumətimizin sifarişiylə göstərdi ki, təhqir və təhqir edənlər yüksək səviyyədə himayə olunur.
Şərləmək isə rejimin vaz keçə bilməyəcəyi “dəyər”di” – bunu AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn FB statusunda yazıb..