Narkotik satışı ittihamıyla tutulan Şəfəq Ağacan 3 gündür aclıq edir

Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” agentliyinin rəhbəri Şəfəq Ağacan barəsində mayın 3-də Xətai Rayon Məhkəməsində 3 aylıq həbs qətimkan tədbiri seçilən jurnalist aclıq aksiyasına başladığını bildirmişdi.
Jurnalistin Türkiyədə təhsil alan oğlu Fuad Cəfərli bu gün prezidentə və I vitse-prezidentə videomüraciət edərək bu işi nəzarətə götürmələrinin xahiş edib. O, müraciətində anasının şərləndiyini, narkotiklərə və psixotrop dərmanlarına satışına qarşı mübarizə apardığına görə tutulduğunu bildirib, eyni zamanda jurnalistləri və hüquq müdafiəçilərini Şəfəq Ağacanın müdafiəsinə səsləyib. Anasının səhhətindən ciddi narahat olduğunu bildirib.
Xatırladaq ki, o, guya Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilərkən tutulub. “Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib”- deyə məlumatda bildirilirdi.
Azadliq.info