Şri Lankada dәhşәtli terror: 200-dәn çox ölü

Şri Lankanın paytaxtı Kolomboda-zooparkda daha bir partlayış törədilib.

Nəticədə azı 2 nəfər ölüb.

ADAderna portalının məlumatına görə yaralılar da var və onlar xəstəxanaya götürülüblər.

Bundan əvvəl şəhərdəki kilsə və otellərdə bir neçə partlayış törədilib.

News 1st televiziya kanalının məlumatına görtə, 6 partlayış nəticəsində ümumilikdə 207 nəfər ölüb, 500-dən çox adamsa yaralanıb.

Hökumət 12 saat ərzində bütün ölkə boyu komendant saatı tətbiq edib.Bu barədə prezident aparatının mətbuat xidməti məlumat verir.

Terror təhlükəsinə görə xristianların Pasxa tədbirləri təxirə salınıb.

***

Aprelin 21-də Şri Lankanın mehmanxanaları, habelə Pasxa mərasimləri keçirən kilsələri də daxil bir neçə yerində baş vermiş partlayışlar nəticəsində azı 140 nəfərin həlak olduğu, 400 nəfərin yaralandığı xəbər verilir.

Partlayışlar paytaxtın şimalında yerləşən Neqombo qəsəbəsində, Kolombo ətrafında və Battikola şəhərindəki kilsələrdə baş verib.

Neqombodakı kiləsisinin Facebook səhifəsində partlayışın nəticələrini göstərən fotolar dərc olunub. Kilsə ictimaiyyətdən təcili kömək istəyir.

Polisin məlumatına görə beşulduzlu otellərdə daha üç partlayış baş verib.

Ölkənin maliyyə naziri Mangala Samaraweera Twitter-də yazır ki, “bir-biri ilə əlaqəli olduğu görünən bu partlayışlardan məqsəd mümkün qədər çox insanın öldürülməsi, qarışıqlıq və vahimə yaradılması olub”.

Ölənlərin arasında çox sayda əcnəbinin olduğu xəbər verilir.

Bu partlayışlara görə hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.