İran hicabsız döyüşən boksçu qadına həbs cəzası verdi – foto

“Reuters” xəbər verir ki, rəsmi boks idman növündə çıxış edən ilk iranlı qadın Tehranda ona qarşı cinayət işi açıldığı xəbərini eşidəndən sonra, ölkəsinə qayıtmaqdan imtina edib. Xəbəri onun rəsmi nümayəndəsi deyib, İran hakimiyyəti isə həbs iddiasını təkzib edib.
Sədəf Xan keçən həftənin şənbə günü Fransada baş tutan boks qarşılaşmasında fransız boksçu Anne Şovini məğlub edib.
Sədəf Xanın nümayəndəsi “Reuters”ə açıqlamasında bildirib ki, İran hakimiyyətini Sədəfə və döyüşün təşkilatçısı Mahyar Monşipura qarşı həbs qərarı çıxarıb.

Boks üzrə keçmiş iranlı dünya çempionu, indi isə Fransa vətəndaşı olan Monşipur İran qadınlara boksla məşğul olmaq üçün qapılarını açdıqdan sonra döyüşü təşkil edib.
İranın boks federasiyasının rəhbəri Hüseyn Suri qadın boksçunun həbs olunacağını təkzib edib və iddianı “Səudiyyə Ərəbistan mətbuatı”na bağlı şəxslər tərəfindən ortalığa atıldığını bildirib.

Qeyd edək ki, İranda qadınların idmanla məşğul olması olduqca məhdudlaşdırılıb, bununla belə hökumət neçə ildən sonra, təzyiq qruplarının mübarizəsindən sonra bəzi sahələrdə mülayim davranmağa başlayıb.

İran boks federasiyası indi qadınlara boksla məşğul olmağa icazə verir, amma şərtlər də var, qadın boksçulara mütləq qadınlar təlim keçməli və onlar döyüş zamanı hicab taxmalıdırlar. İndiyə qədər İranda qadın döyüşçülər arasında boks qarşılaşması baş tutmayıb.

Monşipur keçən həftə Sədəf Xademlə İrana qayıtmağı planlaşdırırdı. İndi onlar bu fikirdən daşınıblar.

Bilge.az