Mingəçevirdə intihara cəhd

51 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb

Mingəçevirdə 51 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə şəhərin Sağ Sahil yaşayış massivində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1968-ci il təvəllüdlü Zakir Gülməmməd oğlu Süleymanov küçədə üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakı insanların köməyi ilə alovlanan kişini söndürmək mümkün olub.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı Mingəçevir şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin başvermə səbəbi məlum deyil.

Azər