Mingəçevirdə faciə

Hovuza düşən usta köməksiz vəziyyətdə qalaraq ölüb

Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. Hovuza düşən usta köməksiz vəziyyətdə qalaraq ölüb.
Hadisə şəhərin Azərbaycan İES adlanan hissəsində – “Energetiklər” yaşayış massivinə bitişik bağ təsərrüfatında baş verib. Həmin ünvandakı fərdi təsərrüfatda usta işləyən, 1953-cü il təvəllüdlü Fazil İslam oğlu Lahıcov yıxılaraq başından ağır xəsarət alıb və huşsuz vəziyyətdə dərinliyi bir metr olan hovuza düşüb. Hovuzda köməksiz vəziyyətdə qalan F.Lahıcov ölüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Azər