General öz adyutantını qurban verir? VİDEO

Saytımıza sosial şəbəkə üzərindən müraciət edən Gözəlova Məlahət həyat yoldaşına qarşı haqsızlıq edildiyini bildirib. O, əri Gözəlov Müşviqin 2002-ci ildən Silahlı Qüvvələrin heyətində gizir kimi xidmət etdiyini, 2014-cü ildən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general mayaor Elçin Xəlilovun köməkçisi olduğunu bildirib.
M.Gözəlova həyat yoldaşının köməkçi işlədiyi müddətdə Elçin Xəlilovun göstərişi müxtəlif adamlardan işə düzəltmək üçün pullar alıb ona çatdırdığını deyib. Lakin onlar bu barədə gec xəbər tutub. Müşviq Gözəlov xidməti uyğunsuzluq adı ilə işdən çıxarıldıqdan və bu zaman onların evinə şikayətçilər gəldikdə xəbərdar olublar. Bundan sonra dəfələrlə Elçin Xəlilovun qəbuluna düşmək istəsə də, onu müavinləri qəbul edib. Pulların rəis tərəfindən qaytarılacağını bildirsələr də məsələ müsbət həllini tapmayıb.
Saytımız vasitəsi ilə Müdafiə Naziri Zakir Həsənova müraciət edən Məlahət Gözəlova bu işdə ərinin günahsız olduğunu, günahı olsa belə onu bu işə təhrik edənlərlə bigə çəzalandırılmasını bildirib.
Son zamanlar isə generala zəng edən Məlahət Gözəlova telefonda təhqir olunduğunu və hədələndiyini də deyib.
Şikayətçi xanım onlara verilən evin də geri alınması, bu səbəblərə görə ərinin xəstəlik tapması, ailələrinin dağılma həddinə çatmasını da qeyd edib.
Video-müraciəti saytımızın izləyicilərinə təqdim edirik.
Məsələ ilə bağlı adı şəkilən şəxslərin mövqe bildirmək hüququ saxlanılır.

azadliq.info