Eldəniz Quliyevin yeni kitabının təqdimatı oldu VİDEO

Ziyalılar Birliyinin sədri, Milli Şura Koordinasiya Mərkəzinin üzvü, yazıçı, kinodrammaturq  Eldəniz Quliyevin yeni kitabı nəşr olunub. “İşartı” adlanan kitabda müəllifin son illər yazdığı povest, hekayə və publisitik əsərləri toplanıb. Nəşrin təqdimatı “Şuşa” restoranında baş tutub. “İşartı”nın təqdimat mərasiminə yazıçının sənət dostları ilə yanaşı, təmsil olunduğu ictimai qurumların nümayəndələri də qatılıb, öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər.