İlham Əliyev Trampı necə aldadıb? Amerikalı jurnalistin açdığı sirr

Azərbaycan prezidenti Vaşinqton kuluarlarında “Mr. Fake News” adın alıb

Tanınmış Amerika jurnalisti, uzun müddət “Washington Post” qizetındə çalışan Bob Woodwardın bu yaxınlarda “Fear: Trump in the White House” kitabı çapdan çıxıb. Kitabda çoxlu maraqlı məqamlar var. Bu məqamlardan biri də İlham Əliyevlə bağlıdır.

Bu barədə Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli feysbuk səhifəsində məlumat paylaşıb. C.Həsənli yazır:

Yəqin İlham Əliyevin ailəqarışıq 2017-ci ilin sentyabr ayının 20-də BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşünü xatərlayırsınız. Cəmi bir neçə dəqiqə çəkən görüşdə elə bilirsiniz İlham Əliyev fürsətdən istifadə edib Qarabağ, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları haqqında Donald Trumpa məlumat verib? Axı, bu görüş barədə Azərbaycan hakimiyyəti elə bir tufan qoparmışdı ki, sankı Qarabağın taleyi ilə bağlı ən önəmli hadisə baş vermişdi. Bob Woodwardın yeni kitabından aydın olur ki,  Trumpla bir neçə dəqiqə çəkən görüşdə İlham Əliyev Amerika prezidentinə daha “vacib” məlumat verib. O, konfidensial formada Trumpa bildirib ki, Çin Xalq Respublikası Əfqanıstanın zəngin mis ehtiyatların nəzarətə götürüb və Çin firmaları artıq orada mis çıxarır. Şübhəsiz ki, bu məlumat biznesə xüsusi ilgisi olan Trumpı bərk əsəbləşdirib və Washingtona qayıdan kimi o, kabinetin iclasını toplayıb, təhlükəsizlik şurasını çağırıb ki, biz Əfqanıstanın qorunması üçün bu qədər pul xərclədiyimiz halda, niyə Çin bu ölkənin təbii ehtiyatların ələ keçirib orada mis çıxarmalıdır. Aləm dəyib bir-birinə. Prezidentin iqtisadi məsləhətçilər şurasının başçısı Gary Cohn bunun mümkün olmadığını Trumpa inandırmağa çalışsa da, Trump israr edib ki, bu gizli məlumat son dərəcə etibarlı mənbədən, Azərbaycan prezidenti İlham Əliyevdən alınıb. Əlqərəz, Ticarət Naziri Wılbur Ross başda olmaqla Kelly, McMaster, Cohndan ibarət xüsusi komissiya yaradılıb məsələni araşdırmaq üçün. Əfqanıstan prezidenti Ghanini bu məsələni aydınlaşdırmaq üçün ABŞ-a dəvət ediblər. O, bunun qeyri-mümkün olduğunu bildirib. Araşdırmalar zamanı məlum olub ki, Çinin Əfqanıstanda mis çıxarması üçün çox böyük invistisiya və ən azından 10 il vaxt lazımdır. Ən başlıcası isə Əfqanıstanın Əliyevin gizli məlumatında göstərilən mis mədənləri sən demə Talibanın nəzarətində imiş. Bob Woodward yazır və digər etibarlı mənbələr bildirir ki, bu məlumat yalan çıxdığına görə son vaxtlar Washington kluarılarında Azərbaycan prezidenti İlham Əliyevə “Mr. Fake News” deyirlər.
Sual oluna bilər ki, İlham Əliyev niyə Qarabağı, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını qoyub iki daş arasında Çinin Əfqanıstanda mis çıxarmasının dərdini çəkib? Əlbəttə, ilk olaraq o, Trumpda özünün dünya sirlərini “bilən” ciddi siyasi xadim olduğu təəssürütını yaratmaq istəyib. Lakin bu da əsas deyil. Əsas odur ki, Amerikanın Əfqanıstana cəlb edilməsi Əliyevlərin ailə biznes maraqlarından irəli gəlir. Axı, Əfqanıstana Amerika yüklərinin daşınmasından hakim ailəyə məxsus “Silkway” şirkəti 100 milyonlarla dollar vəsait qazanır. Belə maraq olan yerdə Qarabağ yada düşərmi?

Image may contain: one or more people and close-up

Image may contain: text

No photo description available.