Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı

Martın 15-də UEFA-nın İsveçrənin Nion şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün 1/4 final mərhələsinin püşkü atılıb.

Püşkün nəticələrinə əsasən, dörddəbir finalda aşağıdakı oyunlar keçiriləcək:

“Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya);

“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya);

“Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə);

“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə).

1/4 final mərhələsinin ilk oyunları aprelin 10-11-də keçiriləcək. Cavab qarşılaşmaları isə aprelin 16-17-də olacaq.

UEFA Çempionlar Liqasının final matçı Madridin “Metropolitano” stadionunda oynanılacaq.