Londonda Cəmil Həsənlinin növbəti kitabı nəşr edilib

Londonda Cəmil Həsənlinin növbəti kitabı nəşr edilibLondonda Milli Şuranın sədri, tanınmış tarixçi alim, professor Cəmil Həsənlinin daha bir kitabı nəşr olunub.

“Azərbaycanda liderlik və millətçilik” adlanan kitab Azərbaycan tarixində müstəsna rolu olan, müstəqil Azərbaycan dövlətinin ilk rəhbəri, ondan əvvəl isə Rusiya Dövlət Dumasında müsəlman fraksiyasına rəhbərlik etmiş Əlimərdan bəy Topçubaşovun taleyinə həsr olunub.

Kitabda ilk müstəqil Azərbaycan dövlətinin liderlərinin taleyindən bəhs edilir. Materiallar Rusiya, Gürcüstan, Fransa, Böyük Britaniya arxivlərindən toplanıb.

Monoqrafiyada Birinci Dünya Müharibəsi dövründə və sonra geosiyasi proseslər, Rusiya imperiyasının süqutu prosesi təhlil edilir.

Kitab 20 -ci əsrin əvvəlində Qafqaz regionu, Rusiya və Azərbaycan tarixini, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və süqutunun səbəblərini öyrənənlər üçün nəzərdə tutulub.