Əliyevlərin daha bir mülkü aşkarlandı – dəyəri 35 milyon dollar

Ölkə başçısının oğlu hələ 9 yaşındaykən Moskvanın ən bahalı ərazisində mülkə sahib olub

İlham Əliyevin oğlu Heydər Əliyevin Rusiyada, Moskvaətrafı ən bahalı ərazilərdən olan Rublevkada 35 milyon dollar dəyərində qiymətləndirilən malikanəsi var. Bu barədə Rusiya reystr xidmətinə istinadla “Proyekt” nəşri məlumat verir.

“Mayendrof bağları” adlanan qəsəbədəki malikanənin həyətyanı sahəsi 7000 kv.metrdən çoxdur. Villanın öz sahəsi isə 1.6 min kv.metrdir. Nəşr yazır ki, malikanə İlham Əliyevin oğluna 2007-ci ildə, onun hələ 9 yaşı olanda alınıb.

Reystr qeydlərində malikanəni Heydər Əliyevə ana babası Arif Paşayevin bağışladığı göstərilib.

Nəşr xatırladır ki, Rublevkada İlham Əliyevin böyük qızı Leyla Əliyevanın da mülkü var.

azadliq.info