Görkəmli dramaturq öz həyatından yazdı II hissə

Rüstəm İbrahimbəyov

İlk dəfədir ki, tamamlanmamış bir işi dərc edirəm. Tam mətnin bitməsinə hələ uzun yol var, ancaq qarşıdan gələn 80 illiyim münasibətilə öz həyatım barədə nələrsə danışmaq istəyirəm. Odur ki, üzrlü sayın.

Uğurlu məğlubiyyət
(xatirələrlə birlikdə)

II hissə

Əvvəli burda

Son altı ildir ki, mən çox saylı qohumlarımın və bir çox həmvətənlərimin istədiyi kimi yaşamıram. Əksəriyyət azərbaycanlılar kimi onlar da düşünürlər ki, istənilən gücə (hakimiyyətə) uyğunlaşmaq ən doğru olanıdır. Bu düşüncə mənə onlara hörmət etməyə mane olur; ancaq ədalət naminə bir şeyi xatırlatmalıyam ki, indiki Azərbaycan dövlətinin yerləşdiyi ərazi növbəli şəkildə Şimaldan, Şərqdən və Cənubdan olan güclü qonşuları tərəfindən ələ keçirilib. Əhali həyatda qalmaq üçün yeni hakimiyyət tərəfindən qoyulmuş əmrlərə tabe olmalı olub. Bu bizim milli xarakterimiz haqqında bir çox şeyi izah edir. Ancaq bu haqlı sayılmır.
XX əsrin heç bir vacib hadisəsində iştirak etməyi bacarmayan atam o vəziyyətdə özünü necə aparardı bilmirəm; ancaq əminəm ki, anam sağ olmuş olsa idi tərəddüd etmədən bu gün Azərbaycanda qurulan əmrlərə tabe olmama xüsusiyyətimi təsdiqləyərdi. 1977-ci il ölümünə qədər o, 1937-ci ildə onun atasını öldürmüş sovet rejimi ilə barışmırdı və bu görüşlərini məndən və qardaşımdan gizlətmirdi.
1945-ci ildə o, bizi Primorsk Bulvarına aparmışdı. Adətən anamızla olan gəzintilər bizi sevindirirdi. Ancaq avqustun həmin bazar günündə bizim qaranlıq əhval-ruhiyyəmiz açıq günəşli hava ilə ziddiyyət təşkil edirdi. Səhər yeməyi zamanı biz qardaşımla bir neçə qurabiyəyə görə mübahisə etdik- heç cür onları paylaşa bilmirdik. Münasibətlərimiz aydınlaşdırılması daha sonra anamızın tələbi üzərinə davam etdi; və o zaman hələ az bilinən “alman” tərbiyə sisteminə əsasən, anam qurabiyələri ovcuna topladı və zibil qabına atdı. Mənim altı , qardaşımın isə on yaşı var idi. Anamızın bu davranışı bizi o qədər sarsmışdı ki, biz bir daha yemək üstündə mübahisə etmədik – anamızın “alman” sistemi qüsursuz təsir göstərmişdi.
Bulvarda əhval-ruhiyyə şənlikli və əyləncəli idi- müharibənin bitdiyi üç ay idi və insanlar dinc həyatdan zövq alırdılar. Paraşüt qülləsinin altında musiqi sevən insanların əhatələdiyi hərbi orkestor ifa edirdi. Dəniz üzərində qırmızı hərflərlə yazılmış ağ dirijabl yüksəlmişdi: “Biz qalib gəldik”.
Bizi necəsə təsəlli etmək üçün anamız qoca bir ermənidən şar aldı; hansı ki, bu kişi həm də cemli peraşki satırdı.
-İsti peraşki- o kəskin bir falsetto ilə qışqırırdı- həddindən artıq isti.
Peraşkilərin keyfiyyəti anamda ciddi şəkildə şübhə yaradırdı, amma yenə də o, bir neçə ədəd aldı. Biz dərhal mübahisə etmədən onları yedik və şənlənərək böyük Hökümət Binasını inşa edən əsir almanlara baxmağa getdik.
İnşaata gedən yolda geniş meydanın ortasında biz qəribə quruluşlu daşa diqqət yetirdik.
-Bu tribunadır-anamız bizə izah etdi; parad və nümayişlər zaman hökumət (idarəcilər) bunun üzərində dayanır.
-Bəs bu aşağıdakı barmaqlıq nəyə lazımdır? – mən artıq hakimiyyət orqanları ilə əlaqəli olan hər şeyə qeyri-sağlam bir maraq göstərərək soruşdum. Anam tribunanın aşağı hissəsinə baxdı və gülümsündü.
-İlk öncə onlar tribunada dayanırlar, daha sonra isə onları bu barmaqlıqların arxasına qoyurlar.
-Bunun arxasına ? –dayanmayaraq soruşdum mən.
-Mütləq deyil. Barmaqlıq ölkədə çoxdur.
Anamın dediyi sözlərin mənası məna çatmadı, amma nəyə görəsə mən ehtiyatlı oldum və anamla nəsə baş verir fikri məndə il-ildən artmağa başladı. 1953-cü il 6 mart tarixində , Stalinin ölümü günü mən onun haqqında düşündüyüm hər şeyi dilə gətirdim.
Faciəvi xəbər məni və mənim dostlarım Cahangiri, Akifi, Əliağanı və Borisi (təəssüf ki, onların heç biri artıq həyatda deyil) həyətdə olarkən yaxaladı. Məni boğan sıxıntıları çətinliklə saxlayaraq evə qaçdım. Anam kartof qızardırdı, atam isə işdən yeni gələrək hər zamankı kimi əzilmiş dəri divanda uzanıb kitab oxuyurdu. Onlar artıq ölkənin başına gələn kədər haqqında xəbərdar idilər və onların laqeyd sükunəti məni təəccübləndirdi.
Anam kartofu tavada qarışdıraraq qulağı zəif eşidən atamın da eşitməsi üçün yüksək səslə mənim hisslərimi qəlbimin dərinliyinə qədər təhqir edən bir ifadəni səsləndirdi: “Usaç (bığlı balıq növü) palıd verdi. Kim düşünə bilərdi”. Bu sözlər azərbaycan dilində yumşaq səslənirdi, ancaq yenə də ulu öndərə az təhqir edilmiş sayılmazdı. Bunu mən ona bağışlaya bilməzdim. Qəzəbdən qopmuş bir səslə bu günə qədər pioner-komsomol ürəyimdə yığılanları dilə gətirdim.
-Mən çoxdan bilirəm –sən bizi sevmirsən.
Anam mənim üzümə kədərli bir gülümsəmə ilə baxdı.
-Kimi “sizi” oğlum?
-Hamını. “Sovet hakimiyyətini”.
Bizim baxışlarımız toqquşdu və o, başa düşdü ki, mənimlə mübahisə etmək mənasızdır. Pavlik Morozov o dövr sovet uşaqlarının ən sevimli qəhrəmanı idi. Anam məni boş olan sol əli ilə qucaqladı.
-Biz səninlə bu haqda sən böyüyən zaman söhbət edəcəyik. Sən çox şeyi bilmirsən…
-He, vaxt –mən qəfil çiynimi onun əlinin altından çəkdim-mən heç vaxt inanmayacam ki, bizim hökumətimiz pisdir.
Mətbəxdə atam göründü.
-Mən ki xahiş etdim-o,özünə məxsus olmayan ciddiliklə anamı danladı; belə söhbətləri uşaqların yanında aparma. Sən bizim hamımızı qorxudursan.
O, mənim başımı sığalladı və bir ah çəkdi.
-Ölüm ölümdür-uşağı da başa düşmək olar.
Atamın müşahidələrinin əsasları bundan ibarət idi: 1944-cü ildə evimizə qorxmuş şəkildə bina idarəçisi Borzov gəldi.
-Sizin Rüstəm, uşaqları topladı və onlara dedi ki, radio yalan danışır: Əgər Hitler belə ağılsız olsa idi, o, Moskvaya qədər necə gəlib çıxa bilərdi? Mən sizə çox hörmət edirəm Fatma Ələkbərovna- bir çox insan kimi o da anamı ev idarəçisi hesab edirdi və atama fikir vermədən öz ittihamlarını anama müraciətlə bildirirdi.
1944-cü ildə mənim beş yaşım var idi və mən evimizdə gedən söhbətlərdən yığdığım məlumatları dostlarımla bölüşürdüm. Borzov da bunu başa düşürdü- cılız idarəçinin sözlərində açıq şəkildə valideynlərimə qarşı təhdid hiss edilirdi. Ancaq anamın Borzov yaxşı insandır deməsi o qədər də təəccüblü deyildi. O, atamdan bir qədər araq alaraq valideynlərimdən məni danlayacaqlarıma dair sözü alaraq sakitləşərək getdi.
Əgər Sara Lazerovna gəlməsə idi Stalinin ölüm günündə mənim anamla olan ideoloji konfliktim necə bitərdi məlum deyil. S.Lazerovna anamın qonşu məhəllədən rəfiqəsi idi. Arxasından qapını bağlayaraq üzündəki kədərli ifadəni sildi və anamı qucaqlamaq üçün atıldı.
-Allah var ,Fatimə, o hər şeyi görür.
Atam ona işarə etdi ki, mənim iştirak olduğum yerdə çox açıq danışmasın və həssas Sara Lazarevno elə həmin andaca üzündə kədərli bir ifadə yaratdı.
-Əlbətt, əlbəttə İbrahim Əhmədoviç. Məgər mən başa düşmürəm…Yoldaş Stalinin ölümü böyük kədər və bərpa edilə bilməz zərərdir.
-Siz haqlısınız Sara, anam onun sözlərini kəsərək dedi. Ancaq indi çox şey yaxşıya doğru dəyişəcək.
Atam ittiham edərcəsinə başını salladı və məni mətbəxdən apardı.
İzah edilməz demoqrafik qəribəlik nəticəsində bizim və qoşu məhəllədə çoxsaylı yəhudilər məskunlaşmağa başladılar. Bizim kvartaldan həm yuxarıda, həm aşağıda bir neçə istisnanı çıxmaq şərti ilə azərbaycanlılar yaşayırdı. İyirmici illərdə Bakıda məskunlaşan yəhudilərin yaşamaq üçün niyə bizim kvartalı seçmələrini başa düşmək çətin idi. Ancaq nə olur olsun artıq mən böyüdüyüm zaman onlar əzəli bakılılar hesab edilirdilər. Vitburqların milliyyətcə yəhudi olmarını isə mən yalnız 1949-cu ildə Sara Lazerovnanın anamdan Stalinin adına məktub yazmasını xahiş etdiyi zaman öyrəndim. Onu məhəllənin yəhudiləri anamın yanına göndərmişdilər. Anam hüquq təhsili olmadan məhəllədə yüksək dairələrə “düzgün “məktub yazmaq bacarığına malik bir insan kimi reputasiya qazanmışdı. Buna səbəb onun iki il uşaq evinin direktoru işləmişdi daha sonra isə rayon icra komitəsində yüksək vəzifə tutmuşdu. Rayon komitəsinin birinci katibi ondan partiyaya qəbul olunmasını tələb etdiyi zaman o, işdən istefa vermişdi.
Sara Lazerovna məktubdan bəhs etməyə başlayan kimi anam məni otaqdan çıxardı. Ancaq mən yoldaş Stalinin adını eşitməyə müvəffəq oldum. Hansı ki, o vaxta kimi onu çox sevirdim və buna görə də qapının arxasında qaldığım üçün onlara qulaq asmağa başladım. Aydın oldu ki, Stalin yəhudiləri düşmənçiliklə ittiham edir və onları Sibirə yollamaq niyyətindədir.
Qarşıq söhbətlərində Sara Lazerovna bir neçə dəfə iki adı səsləndirdi: Qolda Meir və Jemçujina. Bu adları ömrüm boyu yadımda saxladım.
Əhəmiyyətli dərəcədə çox gec gec Pavel Finn və Semyon Aroneviçin “Millətlərin böyük konserti və ya Çeyn-Stoks nəfəsi” sənədli filmi istehsal edildi. Mən 10 yaşımda eşitdiyim məlumatları təsdiq edən sənədlərlə tanış oldum: İsrailin SSSR-dəki səfiri Qolda Meir Moskvaya gəlişindən sonra inanclı yəhudilərin toplandığı sinaqoqa getmişdi. Onlar ona yəhudi dövlətinin yaranması ilə bağlı sevinclərini dilə gətirmişdilər. Bir neçə gün sonra hökumət qəbulunda onun yanına M.Jemçujinanın arvadı yaxınlaşdı və özünün bilmədiyi ingilis dilində deyil, Q.Meirin bilmədiyi rus dilində deyil məhz hər ikisinin bildiyi yəhudicə danışdı.
-Mən yəhudi millətinin qızıyam –Jemçujina bu sözləri qürurla dedi; və bu sözlər onun qısa vaxt sonra həbsxanaya düşməsinə kifayət etdi. Eyni vaxtda da yəhudi teatrını və nəşriyyat evini bağladılar. Bir il əvvəl isə Minskdə Mixoels öldürülmüşdü və yəhudi anti-faşist komitəsinin üzvlərinin həbsləri başlanmışdı.
Siyasi düşüncəli anam Sara Lazerovnaya fısıldayaraq bir müddət əvvəl Stalinə məşhur mədəniyyət və elm nümayəndələrinin bütün yəhudilərə Krımda yerləşmə icazəsinin verilməsi ilə bağlı müraciət etdiyini bildirdi. S.Lazerovna dəhşətə düşdü. Anamın liderə məktubunda xüsusi olaraq qeyd edilmişdi ki, bizim “yəhudilər”dən heç biri Krımda məskunlaşmaq niyyətində deyil , çünki, onlara doğma Bakıda yaşamaq xoşdur.
Bu məktubun ünvana çatıb-çatmamağı məlum deyil, ancaq bizim məhəllədə uzun illər belə bir əfsanə dolaşdı ki, anamın məktubu Bakı yəhudilərini Sibirə yollanmaqdan qurtardı ( Hamıya məlumdur ki, bir neçə il sonra Stalin yenidən özünün yəhudilərin Sibirə kütləvi deportasiyası niyyətinə qayıtdı və bu diqqətli hazırlanmış planın həyata keçirilməsinə yalnız onun ölümü mane oldu).
Əlli dördüncü ildə bəraət qərarı verildi və Irkutsk yaxınlığında düşərgələrdə on ildən beşini keçirmiş əmim atamın doğma qardaşı Fuad bəy Bakıya qayıtdı. Hansı ki, o, “kosmopolitizmə görə” hökümlü olmuşdu. Məşhur psixoloq və psixiatr Fuad İbrahimbəyov həbsxanadan kifayət qədər yaşlı çıxmışdı, amma ömrünün sonrakı illərində o, bilinqvzmin psixoloji xüsusiyyətləriilə əlaqəli elmi istiqamət yaratdı. Bu gün psixologiyanın ikidilli mühitin öyrənilməsi ilə bağlı olan bu istiqaməti artıq öz aktuallığını itirir. Amma o zamanlar rus dilini respublikanın bütün millətlərinə doğma dillə paralel olaraq öyrədirdilər və buna görə də əmimin işləri geniş yayılmışdı.
SSSR-nin dağılmasından sonra ,nəhayət ki, açılan arxiv materiallarını araşdıran dostum tarixçi Cəmil Həsənli Fuad əmimin hələ 30 cu illərin ortalarından xüsusi idarənin nəzarəti altında olduğuna və bir neçə dəfə həbsin astanasına yaxınlaşdığını dair bir sıra faktlar tapmışdı. Mən «Günəş kələfi» romanımda onun həyatı haqqında bir məsələdən danışmışam. Sitat gətirirəm: “Müharibə illərində Fuad əmi Mağaza küçəsində Psixiatrik klinikada baş həkim vəzifəsində çalışmışdı. 1942-ci ildə SSRİ Xalq Daxili İşlər Komisarlığının maşını onun arxası ilə gəlmişdi. Gecənin bir yarısı yatağından qalxaraq o doğmaları ilə sağollaşır və bütün yaxınları əmin olur ki, onu həmişəlik aparırlar. Ancaq onu rəhbərlik etdiyi xəstəxanaya gətirirlər və bu zaman Fuad bəy xəstəxananın üzərində ağ bayraq görür; və “isti izlər” əsasında tədqiqat başlayır və aydın olur ki, xəstəxanada yatan dəlilər almanların Bakı istiqamətində irəlilədiyini bilərək tələsik halda dörd yataq örtüyünü birləşdirərək təslimçi bayraq asıblar ki, bu bayrağı almanlar görərək xəstəxanaya bomba atmasınlar.
Fuad əmi heç vaxt özünün düşərgə həyatından danışmayıb. Ancaq hər bir halda sovet sisteminin ədalətinə olan ilk şübhələr məndə onunla görüşdən sonra meydana gəldi. Bu ağıllı orta yaşlı adam mənimlə böyük bir insan kimi söhbət edirdi.
İnstituta daxil olduqdan sonra mən tamamilə öz uşaq fikirlərimdən azad oldum. Bütün yeni başlayan bütün insanlar kimi mən də sovet hakimiyyətinin sərt bir tənqidçisi oldum. Bu hal öz ifadələrində diqqətli olan atamı qorxudurdu. İnqilabdan sonrakı hadisələr onun yaddaşında elə həkk olunmuşdu ki, anam da dediyi kimi o , bütün ömrü boyu “ağzını bağlı saxlayırdı”. Düşünürəm ki, həm də öz içki dostlarının da yanında o, açıq söhbətlərdən çəkinirdi.
Atamın özünə tam şəkildə azad aparmağa icazə verdiyi yer bizim həyətimiz idi. Yay axşamlarında , hansı ki, hələ gürcü bərbər qonşumuz Şakro onun keçəl başında, qulağının arxasında olan saçları qırxırdı, Zyama dayı (Boris Fridmanın atası) və bizim digər qonşumuz özünün sarı –narıncı zolaqlı paltarında olan avtoinspektor İbadulla açıq balkonda əyləşərək onu dinləyirdilər. Atam yüksək səslə “Pravda” qəzetinin ən tezə sayında yazılanları şərh edirdi.
-Məsələn Molotovun işləri pisdir, məsələn, o, amiranə bir heyranlıqla elan etdi ki, Zyama, Şakro və İbadulla qəzetdə yazılmayanları oxuma qabiliyyətlərinə malikdirlər.
-Siyasi Büronun sonuncu toplantısının iştirakçıları siyahısında Molotovun soyadı hər zamankı kimi Stalindən sonra dördüncü yerdə çəkildi , deyərək, atam izah etdi; və onlar özlərinin qəzet nüsxələrinə baxdılar.
Atam heç zaman yanılmazdı. “Pravda” qəzetində nəşr edilmiş rəsmi xronikanı oxuyaraq o, “yuxarıdakı” vəziyyətdən xəbərdar olurdu. Ancaq o, öz müşahidələrini qonşulardan başqa heç kimlə bölüşmürdü. Yazıq atam ömrü boyu onun ruhunun bütün hərəkətlərini zəncirləyən ideoloji qabıqla yaşadı. Bu mənim atamla həqiqi yaxınlığımın olmamasının başlıca səbəbi idi. Necəsə mən anamdan soruşdum ki, nəyə görə o, 19 yaşında iş məktəbini bitirib universitetə qəbul olduqdan sonra özündən 17 yaş böyük və yaraşıqlı olmayan biri ilə evlənib.
-Bir çoxları mənimlə maraqlanırdı, ancaq əksəriyyət namizədlər Bakıya rayonlardan gələnlər idi. Amma mən istəyirdim ki, uşaqlarımın atası yaxşı ailədən olan inteligent biri olsun. Sənin atanın babası Peterburq təhsilli hüquqşünas idi və onun Şamaxıda hüquq bürosu var idi. Sənin baban isə şəhər şurasında işləyirdi və əgər inqilab olmasaydı onun yüksəlmək üçün bütün imkanları var idi.
Anam atamı məğlub hesab edirdi; bir gün mən onun buna görə onu necə danladığını eşitmişdim; atamın hansısa replikasına cavab olaraq anam demişdi:
-Bunun nə mənası var? Sənin dostların çoxdan akademik, professordurlar, sən isə bütün ömrün boyu dosent.
Fuad əmimgilə qonaq getməyə hazırlaşan atam buna qəti şəkildə etiraz etdi:
-Mənim dostlarım çoxdan asılıb və güllələnib, ancaq sən haqqında danışdıqların isə sadəcə olaraq həmkarlarımdırlar.
Atam represiyaya məruz qalmış qohumlarının və dostlarının adını istəksizcə yada salırdı, çünki o, hər kəslə ünsiyyət qurmağa çalışdığından və tutduğu mövqeni istənilən iddia edən şəxsə güzəştə getdiyi üçün həyatda qalmışdı. O, hətta həyətə də ilk olaraq çıxmırdı.
Axşamlar İbrahimbəyovlar ailəsinin böyük yaşlı nəsli Fuad əmigildə poker oynamaq üçün yığışırdılar. Atam kart oynamırdı. Böyüdükdən sonra kart oynayanların mühitinə atamın yerinə qardaşım keçdi və hər zaman məğlub oldu. Buna görə də ola bilsin ki, mən heç vaxt qumar oyunlarına maraq göstərməmişəm.
Qardaşımın mənim üzərimdə təsiri güclü idi. 14 yaşına qədər o ana uşağı idi və Maks-plaks ləqəbini daşıyırdı. Birdən o, çox dəyişdi, boksla məşğul olmağa başladı və qısa vaxt ərzində öz ayaqları üzərində dayanmağı bacaran insan reputasiyasını qazandı. Yazmaq üçün istək onda çox tez yarandı; 13 yaşında o, 12 səhifəlik bir dəftərə yerləşən “roman” yazmışdı. Biz bir ailə olaraq biz lampa işığında onun oxuduğu romanı dinlədik. Valideynlərim eşitdiklərindən heyran qalmışdılar. “Roman” mənim də xoşuma gəldi; o quldurlar haqqında idi. Qardaşım həm də şeirlər yazırdı, onlar mənim daha az xoşuma gəlirdi. Amma quldurlar haqqında “roman”ın qəhrəmanlarının dilindən danışaraq deyə bilərəm ki, mən uzun illər “onun ardından hərəkət etdim”.
O, möhtəşəm nasir idi. «Ondan yaxşı qardaş yox idi» povesti mənə görə dünya nəsrinin ən yaxşı nümunələrindən biridir. Mənim qəfildən yaranan onun yolundan getmək arzumu o, dərhal və şərtsiz olaraq dəstəklədi. Ancaq yazdıqlarımın çoxunu ideoloji olaraq təsdiqləmirdi. Mənim sosial davranışımı isə o, il-ildən daha çox qıcıqlandırırdı.
Bu bu günə qədər yazmağı bacardığımın başlanğıcıdır- mən hələ də həyata bağlıyam. Aydın oldu ki, əgər başqalarının da xoşuna gəlirsənsə, səksəninci il dönümü o qədər də qorxulu deyil… Fürsətdən istifadə edib, bu mətnin fərqində olan hər bir kəsin Yeni ilini təbrik edirəm. Cavanlara müvəffəqiyyət arzulayıram, yaşlılara isə xatırladıram ki, yaşlılıq- hər kəsə nəsib olmayan bir ayrıcalıqdır və ondan istifadə etməyi bacarmaq lazımdır.